Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:40

Ermənistan gələn il silah alınmasına əlavə 55 milyon dollar vəsait ayıracaq


 Vigen Sargsyan
Vigen Sargsyan

Ermənistanın müdafiə nazirliyi gələn il yeni silahlar alınmasına əlavə 55 milyon dollar vəsait ayırmaq fikrindədir.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu oktyabrın 2-də ölkənin müdafiə naziri Vigen Sargsyan deyib.

O qeyd edib ki, 2018-ci ilin büdcə layihəsində müdafiə xərcləri məhs bu məqsədlə təxminən 55 milyon dollar artırılıb.

Amma nazir hansı ölkələrdən və hansı yeni silahlar alınacağına aydınlıq gətirməyib, təkcə onu deyib ki, silahları hərbi paradda nümayiş etdirmək istəyir: “Mümkün silah alınmasından danışmaq mənasızdır. Birincisi ona görə ki, bu bütün prosesi çətinləşdirir, ikincisi isə öz perespektiv planını açıqlamaq rəqibə buna qarşı vasitə tapmaq imkanı verir” Sargsyan deyib.

Buna da bax: Azərbaycan və Ermənistan orduları: kim necə silahlanıb? (İnfoqrafika)

Ermənistan silah alınması ilə bağlı ən böyük müqaviləni sonuncu dəfə ötən ilin əvvəlində imzalayıb.

Yerevanın strateji müttəfiqi olan Moskva ümumilikdə Rusiyadan götürülmüş 200 milyon dollarlıq kreditə Ermənistana bir sıra yeni növ silahlar satmağı vəd edib.

Amma mənbə yazır ki, bunun üstündən təxminən iki il vaxt ötməsinə baxmayaraq bu silahların verilməsi hələ ki, başa çatdırılmayıb.

Sargsyan Vigen, Rusiyanın yaxın vaxtlarda bütün silahları verəcəyini vurğulayıb: ” Müqavilələrdə nəzərdə tutulduğu kimi, 200 milyon dollarlıq silahların verilməsinin bu ilin sonunda yekunlaşdırılacağı gözlənilir” nazir deyib.

Foto arxiv
Foto arxiv

Müdafiə naziri kimi 2 illik fəaliyyətindən danışan Sargsyan qeyd edib ki, yaxın vaxtlarda nazirlikdə ştat ixtisarları da aparılacaq və hazırda bu məsələ müzakirə mərhələsindədir.

Amma o neçə nəfərin ixtisara düşəcəyinə aydınlıq gətirməyib.

Nazir həmçinin deyib ki, yaxın vaxtlarda orduda xidmətdən təxirəsalma qaydalarına da dəyişiklik ediləcək.

Onun sözlərinə görə, vəziyyət narahatedicidir: “Hər il bu hüquqdan 800-dək tələbə istifadə edir ki, sonda onların əksəriyyəti gələcəkdə orduda xidmət etmir” nazir bildirib.

Buna da bax: Azərbaycan Ordusu doğrudanmı ən güclü ordulardan biridir? [video]

Ermənistanın gələn il üçün büdcə layihəsində müdafiə xərcləri üçün 518 milyon dollar ayrılması nəzərdə tutulur.

Həmçinin gələn il Azərbaycanda büdcənin xərclər hissəsində 4 milyard manatdan çox artım nəzərdə tutulur. Və bu artımın bir hissəsi hərbi xərclərə gedəcək.

2017-ci ilin büdcəsində Azərbaycanda müdafiə xərclərinə ayrılmış vəsait milyard yarım dollardan çoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG