Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 01:56

Ermənistanda sutka ərzində 560 yeni yoluxma 18 ölüm qeydə alınıb


Ermənistan, koronavirus şəraitində çalışan həkimlər, 5 iyun 2020

Ermənistan xəstəliklərə nəzarət və qarşısının alınması milli mərkəzinin məlumatına görə, iyunun 21-i saat 11-ə olan məlumata görə, Ermənistanda 560 yeni koronavirusa yoluxma və 18 ölüm qeydə alınıb.

İndiyə qədər virusa yoluxduğu təsdiqlənənlərin sayı 20 mini keçib, 9852 nəfər isə sağalıb.

Mərkəzin məlumatına görə, koronavirusdan ölən 18 nəfərin 11 kişi, 7-si qadındır. Ölən xəstələrdən ən gəncinin yaşı 48, ən yaşlısının 87 yaşı olub. COVİD-19-dan vəfat edənlərin hər birində xroniki xəstəliklər olub.

Bununla da indiyə qədər Ermənistanda COVİD-19-dan ölənlərin sayı 350-yə çatıb. Səhiyyə nazirliyinin məlumata görə, virusa yoluxan həmin şəxslərdən 114 nəfəri başqa səbəblərdən ölüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 800 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 463 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG