Ermənistanın Geğarkunik vilayətinin qubernatoru Qnel Sanosyan AzadlıqRadiosunun Erməni xidməti Azatutyuna deyib ki, Azərbaycan-Ermənistan sərhədi boyunca iyulun 28-də saat 10:40-dan qüvvəyə minmiş atəşkəs razılaşmasına əməl olunur, atəş açılmır:
“Mən bu vaxt ərzində bir neçə yaşayış məntəqəsində olmağa imkan tapmışam. Ümuməm hər hey normaldır. Biz əsgərlərlə də söhbət etmişik. Hər şey normaldır. Atəşkəsə əməl olunur və müəyyən proses davam edir. Heç bir mövqe dəyişikliyi baş verməyib. Hərçənd buna qədər gecə vaxtı düşmən bir çox cəhdlər etmişdi, amma mövqe dəyişikliyi baş verməyib. Bizimkilər və Azərvbaycan silahlı qüvvələri harda idilərsə elə orada da qalıblar”.
Azatutyun xəbər verir ki, Yuxarı Şorcaya gedən yol iyulun 28-də bağlı olub. Ordan çıxmağa və ora getməyə yalnız kəndin sakinlərinə icazə verilib.
Azərbaycan-Ermənistan sərhədinin Geğarkunik və Yuxarı Şorca sektorlarında vəziyyət gecə saat 3:40-dan gərginləşib. Ermənistan tərəfi üç hərbçi itirib. Dörd yaralı var. Onlardan birinin vəziyyəti ağırdır.
Qızıl mədənində iş dayanıb
Qnel Sanosyan bildirib ki, Geğarkunik vilayətinin Kut (Zərkənd – red) kəndindəötən gecə sakit keçib. Kənd istiqamətində atəş açılmayıb. Lakinin sərhədin Zod (Kəlbəcərlə sərhəddə - red) hissəsində narahatlıq var.
Qubernatorun məlumatına görə Zod qızıl mədənində iş dayandırılıb və mədənin 100-dək işçisi təhlükəsizik mülahizəsi ilə evakuasiya olunub. Hazırda mədən işləmir:
“İşçilərin evakuasiyası sırf təhlükəsizlik mülahizələri ilə edilib. Hələlik vəziyyət olduğu kimi qalır. Mən icmalarda, o cümlədən Kutda (Zərkənd – red) olmuşam. Orda sakitlikdir. Hər şey normalıdır”.
Lakin qubernatordan fərqli olaraq yerli sakinlər Azatutyuna vəziyyətin normal olmadığını deyiblər:
“Vəziyyət yaxşı deyil, normal deyil, atəş səsləri gəlir. Gecə atəş səsləri olub. Amma bizdən uzaqda, qızıl mədəninin yaxınlığında. Bütün texnikanı dağdan endiriblər. Adamları da endiriblər. Deyirlər ki, vəziyyət hal-hazırda bir az sakitdir. Kənddə təxliyə keçirilməyib. Adamlar evlərindədirlər. Panika yoxdur”.
Başqa bir kənd sakini isə bildirib:
“Adamlar sadəcə olaraq qorxurlar. Qorxurlar ki, öz tarlalarından istifadə edə bilməsinlər. Bu rayonda ümumən adamların hamısı vahimədə yaşayır. Mənə elə gəlir ki, aidiyyatı orqanlar bu məsələnin qayğısına qalarlar".
Xatırlatma
2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.