Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:19

Bakı ilə Yerevanın 'tarix' çəkişməsi - indi diplomatlar savaşır...


Ermənsitan XİN-in binası
Ermənsitan XİN-in binası

Ermənistan XİN-in məlumatına görə Azərbaycan tərəfi Ermənistana “əsassız ərazi və tarixi iddialar” irəli sürüb

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan XİN-in nümayəndəsinin “bu yaxınlarda” səsləndirdiyi bəyanata cavab verib.

Ermənistan XİN-in məlumatına görə Azərbaycan tərəfi bu bəyanatda Ermənistana “əsassız ərazi və tarixi iddialar” irəli sürüb.

Xəbərdə daha sonra deyilir ki, Ermənistan XİN-in kütləvi informasiya vasitələri və ictimai diplomatiya departamentindən Armenpress agentliyinin sualına cavab verilib:

“Azərbaycan tərəfi Ermənistana qarşı yalançı ərazi və tarixi iddialar qaldırmaqla, bir tərəfdən Dağlıq Qarabağ münaqişəsini beynəlxalq gündəlikdən çıxarmağa çalışır, digər tərəfdən isə regional təhlükəsizliyə və stabilliyə yeni hədələr yaratmaq istəyir”.

“Azərbaycanlı” sözü

Ermənistan XİN-in nümayəndəsi daha sonra bildirib:

“Azərbaycan tərəfi belə uydurma gündəliyi əsaslandırmağa çalışarkən 9 noyabr üçtərəfli bəyanatına açıq saxtalaşdırmaları belə sırımaqdan çəkinmir. Əgər sözü gedən sənədin müvəqqəti köçkünlərin yerləşdirilməsinə dair müddəasına Azərbaycanın interpretasiyasından yanaşsaq onda erməni qaçqınlar Naxçıvan, Gəncə, Bakı, Sumqayıt və indiki Azərbaycanın əvvəllər yaşadıqları ərazilərinə qayıtmalıdırlar”.

Ermənistan XİN habelə Azərbaycan tərəfinə “tarixi iddialar” etməməyi “tövsiyə” edir:

“Azərbaycan XİN mətbuat katibinin Ermənistana qarşı tarixi iddialarına gəlincə isə, bizə Azərbaycanın “tarixi” sözünün müəyyən edilməsinin kriteriyasını anlamaq çətindir. Məcburuq bir də yada salaq ki, tarix, coğrafi və siyasi tarixi bir əsrdən az olan ölkənin güclü tərəfi ola bilməz. Azərbaycanlı sözü isə ümumiyyətlə ondan da təzə sözdür”.

Yerevanda da açıq havada müharibə muzeyi yaradılıb
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

“Yalnız Minsk qrupu” və Qarabağ tənzimləməsi

Ermənistan XİN daha sonra iddia edir ki, “Azərbaycan rəhbərliyinin Azərbaycan və Erməni xalqları arasında düşmənçilik toxumu səpməsi regionda sülh və təhlükəsizliyə hədədir”.

Bəyanatda deyilir ki, “Azərbaycan Ermənistanı revanşızmdə ittiham etməzdən əvvəl dünya birliyinə Qənimətlər parkının nə demək olduğunu izah etməlidir”.

Ermənistan XİN-in bəyanatında Dağlıq Qarabağ münaqişəsinə də toxunulur:

“Ermənistan Artsax (Qarabağ - red) xalqının öz müqəddaratını təyinetmə hüququnu reallaşdırması, Artsaxın (Qarabağ – red) etnik təmizləməyə məruz qalmış ərazilərinin işğaldan çıxarılması və 9 noyabr bəyanatına uyğun şəkildə erməni əhalinin bu ərazilərə qaytıması mövqeyindən çıxış etməkdə davam edəcək. Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin egidası altında dinc tənzimləmə prosesinin bərpası regionda uzunmüddətli sülhün rəhni ola bilər”.

Azərbaycan XİN-in mətbuat katibi nə demişdi?

İyulun 18-də Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan baş nazirinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə brifinqdə səsləndirdiyi fikirlərlə bağlı suallarını cavablandırarkən demişdi:

“Böyük Ermənistan” xülyasından çıxış edərək Azərbaycana qarşı ərazi iddialarını günü bugün də davam etdirən, bu iddiaları ölkə Konstitusiyasında əks olunan Ermənistanın Baş naziri görünür, öz ölkəsinin aqressiv, destruktiv və barışmaz siyasətinə hər hansı “əsaslar” yaratmağa çalışır. Nikol Paşinyanın diqqətinə çatdırırıq ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın bu günədək heç bir dövlətə qarşı ərazi iddiası olmayıb. Azərbaycan, dövlətlərin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmətlə yanaşır və eyni yanaşmanın Azərbaycana münasibətdə nümayiş etdirilməsini tələb edir”.

Leyla Abdullayeva daha sonra bildirmişdi:

“Azərbaycan xalqının milli tarixi yaddaşında, soydaşlarımızın tarixən köklü xalq olaraq yaşadığı müasir Ermənistan ərazisi Qərbi Azərbaycan adlanır və məlum olduğu kimi, XX əsr ərzində soydaşlarımız bu ərazidən, sonuncusu 1988-ci il olmaqla, 3 dəfə deportasiya edilib. Zəngəzur bölgəsi və onun Şərq və Qərb hissələrinə bölünməsi də bir tarixi reallıqdır. Soydaşlarımızın həmin ərazilərə qayıtması onların malik olduğu ən təbii haqlarıdır. Bu ərazi iddiası yox, qaçqınların öz evlərinə geri qayıtmasıdır; necə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat bunu özündə ehtiva edir”.

Ermənistandan xaricə köç başlanıb: Pandemiya və müharibə
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG