Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:08

Ermənistanın Azərbaycana təklifləri qismən məlum oldu


Ararat Mirzoyan yanvarın 19-da parlamentdə
Ararat Mirzoyan yanvarın 19-da parlamentdə

Yeni təkliflərin habelə qoşunların sərhəd xəttindən simmetrik geri çəkilməsini nəzərdə tutduğu bildirilir

Yerevanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması üçün Bakıya verdiyi yeni təkliflər habelə qoşunların sərhəd xəttindən simmetrik geri çəkilməsini nəzərdə tutur.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, Yerevan hazırda bu təkliflərə Bakının cavabını gözləyir.

Mirzoyan Ermənistan parlamentində keçirilən “hökumət saatı”nda deyib ki, Yerevanın sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması üçün verdiyi təkliflər paketi Ermənistan-Azərbaycan sərhədində de-eskalasiyaya, gərginliyin azaldılmasına, təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsinə yönəlib.

Erməni tərəfinin təkliflərinin Bakıya çatdırılacağını Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında demişdi.

Təklif, yoxsa şərt?

O bildirmişdi ki, Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycan üçün yeni təkliflər verib və Moskva bu təklifləri Bakıya təqdim edəcək.

Lavrov elə həmin mətbuat konfransında xırdalığına varmadan “prosesin mürəkkəb olacağını” da demişdi.

Yanvarın 19-da parlamentdə çıxış edən Ararat Mirzoyan deyib ki, təkliflər habelə bundan əvvəl baş nazir Nikol Paşinyanın sərhəd boyunca qoşunların simmetrik geri çəkilməsinə və təhlükəsizlik mexanizmlərinin yaradılmasına dair təkliflərini ehtiva edir.

Ermənistanın son təkliflərinə Bakıdan hələki rəsmi reaksiya olmayıb, amma yanvarın 19-da Vyanada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Helqa Şmitlə söhbətində deyib ki, Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG