Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:28

Ermənistanda hakim partiyanın sədr müavini də istefa verdi


 Ovik Abramian
Ovik Abramian

Hakim “Ermənistan Respublika Partiyası” nın sədr müavini, keçmiş baş nazir Ovik Abramyan partiyanın sıralarından çıxır və sabah bununla bağlı rəsmi açıqlama verəcək.

Bu barədə yanvarın 24-də AzadlıqRadiosu-nun Ermənistan xidmət məlumat yayıb.

“Mən “Ermənistan Respublika Partiyası”dan çıxmaq qərarına gəldim və sabah açıqlama verəcəm”, Abramyan deyib.

Amma keçmiş baş nazir digər sualları cavablandırmaqdan imtina edib.

Hakim partiyanın sədri Ruben Tadevosyan AzadlıqRadiosunun erməni xidmətinə, hələlik Abramyandan partiyaya elə bir bəyanat daxil olmadığını deyib.

Qeyd edək ki, bu ilin aprelində Ermənistanda növbəti parlament seçkisi keçiriləcək.

Bu arada ölkədə müxalifət düşərgəsində canlanma başlayıb.

Belə ki, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər naziri Vardan Oskanyan seçkiyə blok şəklində getmək qərarına gəliblər.

Seyran Ohanyan və Vardan Oskanian
Seyran Ohanyan və Vardan Oskanian

Bu bloka müxalifətdə olan “Milli özünütəyinetmə” birliyi, “Üçüncü respublika” və “Demokrat” partiyaları da daxildir.

Bloka keçmiş müdafiə naziri Seyran Ohanyanınbaşçılıq edəcəyi gözlənilir.

Ohanyan ötən ilin aprelində Dağlıq Qarabağdakı təmas xəttində baş verən silahlı toqquşmadan sonra vəzifədən kənarlaşdırılıb.

Xatırladaq ki, ötən ilin sonlarında Ermənistanda referendum yolu ilə ölkə konstitusiyasına düzəliş edilib.

Yeni düzəlişlərdə ölkədə prezident idarəetmə sistemindən parlament sisteminə keçilməsi nəzərdə tutulur.

Bundan başqa prezident seçkisinin qaydası da dəyişdirilib. Belə ki, ölkə prezidentini əvvəlki kimi xalq yox, parlament seçir.

Həm də prezident əvvəlki kimi 5 il yox, 7 il müddətinə seçilir və onun namizədliyi ikinci dəfə irəli sürülə bilməz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG