Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:05

Paşinyanın partiyası daha bir seçki qələbəsi qazanıb (Video)


Paşinyanın partiyası 3 böyük şəhərdə bələdiyyə seçkisini uduzub
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Paşinyanın partiyası 3 böyük şəhərdə bələdiyyə seçkisini uduzub

Baş nazirin “Vətəndaş müqaviləsi” partiyası 36 icmanın əksəriyyətində qələbə qazanıb

Ermənistanda ötən bazar günü keçirilmiş yerli özünüidarə orqanlarına seçkidə baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 36 icmanın əksəriyyətində qələbə qazanıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Milli Məclisin hakim partiyadan olan deputatı Vaaqn Aleksanyan özünün Facebook səhifəsində ilkin məlumatlara görə partiyasının 25 icmada qalib gəldiyini bildirib.

Bununla belə, hakim partiyanın bir sıra böyük şəhərlərdə seçkini uduzduğu xəbər verilir.

Məsələn Masisdə hazırkı mer David Ambartsumyanın bloku qələbə qazanıb. Amma Ambartsumyan hazırda aparılan cinayət işində müqəssir qismində keçir.

Abovyan şəhərində “Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi, keçmiş deputat Eduard Babayan mer seçilib. O həmin partiyanın lideri Qagik Tsarukyanın mühafizə rəisi olub.

Babayan bundan əvvəl 2019-cu ildə 3, 5 il müddətinə azadlıqdan məhrum edilmişdi, lakin sonradan amnistiya ilə azadlığa çıxıb.

Seçicilərin yarıdan azı

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda keçmiş mer Mamikon Aslanyanın bloku 38,6 faiz səslə qalib gəlib, amma o başqa bir siyasi qüvvənin dəstəyi olmadan mer seçilə bilməz.

Azatutyun xatırladır ki, Aslanyan bundan əvvəlki seçkilərdə keçmiş hakim Respublika Partiyasının siyahısına başçılıq edib.

Vanadzorda keçirilən seçkidə hakim “Vətəndaş müqaviləsi” partiyasının siyahısına başçılıq edən Aram Xaçatryan səslərin yalnız 24, 7 faizini qazanıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir ki, yerli seçkidə səsvermə hüququ olanların 42, 48 faizi iştirak edib.

Bu 1 milyon 112 min 396 seçicidən 472 min 528 nəfəri deməkdir.

Ən böyük seçici fəallığı Lori vilayətinin Tumanyan icmasında qeydə alınıb. Burada seçicilərin 67 faizi iştirak edib.

Azatutyun yazır ki, Geğarkunik vilayətinin Tsovagyux və Semyonovka icmaları seçkini boykot ediblər.

Medianın məlumatına görə bu, həmin icmaların inzibati böyüdülməsinə etiraz nəticəsində baş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG