Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:33

Ermənistan Rusiya bazarında süni əngəllərdən gileylənir


Avrasiya İqtisadi İttifaqının simvolu
Avrasiya İqtisadi İttifaqının simvolu

“Qrand Tobako”nın hüquqşünası Nikolay Akopian:

“Ticarət markama görə problemlə üzləşəcəyəmsə, Avrasiya Birliyinin anlamı nədir?”

Ermənistan malları Avrasiya iqtisadi məkanında sıxışdırılır. Ermənistanın iqtisadi rəqabətdə müdafiə üzrə dövlət komissiyası ölkənin Avrasiya İqtisadi Birliyinə daxil olmasından sonra yerli məhsul istehsalçılarının Rusiya bazarında əngəllərlə üzləşməsi ilə bağlı ilk siqnal alıb.

Komissiyanın hüquq bölməsinin rəhbəri Ayka Karapetian-nın sözlərinə görə, iqtisadi rəqabətin müdafiəsi qanununun pozulmasına dair məlumatlar var: “Rusiya şirkəti Ermənistanın “Qrand Tobako” və “Marianna” şirkətlərinin Rusiya bazarına daxil olmasına süni əngəllər törədir”.

Ayka Karapetian AzadlıqRadiosuna bildirib ki, onlar məsələni Rusiyanın antiinhisar xidmətinə də bildiriblər:

“Biz Federal Antiinhisar Xidmətinə də müraciət etmişik, onlar rəqabətlə bağlı mümkün problemlərin mövcudluğunu təsdiqləyiblər”.

Foto: arxiv
Foto: arxiv

“Süd məhsulu satmır, amma bizə maneə yaradır”

“Marianna” şirkəti artıq bir ildir xaricə mal göndərməyə hazırlaşsa da, bir nəticə əldə edə bilməyib. Hətta Rusiyanın ağartı istehsal etməyən “Debor” kompaniyası “Marianna” adında şirkət yaradaraq, Ermənistan istehsalçısından Rusiya bazarında bu ad altında süd məhsulları satmamağı tələb edir. “Xəbərdarlıq edirlər ki, bizim məhsullar Rusiya bazarına girsə, onları 10 gün ərzində satışdan çıxarmaıyıq”, - “Marianna” şirkətindən söyləyiblər.

Buna da bax: Ruslar: 'Azərbaycan xurması yaxşı satılır'

“Ticarət markası bizimkinə oxşayır”

“Filip Morris” kompaniyası “Qrand Tobako” şirkətini onun ticarət markasının elementlərindən yararlanmaqda günahlandırır və deyir ki, “Qrand Tobako”nun ticarət nişanı onunkuna bənzəyir.

Ermənistanın iqtisadi rəqabətdə müdafiəsi üzrə dövlət komissiyasının hüquqşünası Ayka Karapetian iddia edir ki, “Qrand Tobako” şirkəti supermarketlər şəbəkəsi ilə antiinhisar razılaşmasına gedib və nəticədə... “Qrand Tobako” şirkətinin siqaretlərinin satışından imtina edilib.

Rusiya, Maqadan
Rusiya, Maqadan

Ayka Karapetian deyir ki, heç məhkəmə qərarını da gözləməyə ehtiyac duymayıblar:

“Məhkəmə qərarı olmadan bu qənaətə gəlinib ki, Ermənistan şirkətinin məhsulları burda satıla bilməz”.

“Qrand Tobaka”nın hüquqşünası Nikolay Akopian-ın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olandan sonra onlar Rusiya bazarına maneəsiz girə biliblər, yəni gömrük orqanları onlara heç bir əngəl yaratmayıb, ancaq daxili bazarda onlara maneələr yaradılıb:

“Əzizlərim, mən ticarət markasına görə bu bazarda problemlərlə üzləşəcəyəmsə, o zaman Avrasiya İqtisadi Birliyinin mahiyyəti nədir?”.

Avrasiya İqtisadi Birliyi

Avrasiya İqtisadi Birliyi Rusiyanın təşəbbüsü ilə 2014-cü il mayın 29-da yaradılıb. Sazişi Belarus, Qazaxıstan və Rusiya imzalayıblar. Ermənistan bu birliyə həmin ilin oktyabrında qoşulub. Birliyin rəsmi fəaliyyəti ötən ilin yanvarından başlanıb. Ötən il Qırğızıstan da bu Avrasiya Birliyinə qoşulub.

Sazişə görə, birliyə qoşulan ölkələr arasında gömrük tarifləri müəyyənləşdirilib.

Tənqidçilər bu blokun yaradılmasına Kremlin Sovet İttifaqını bərpa cəhdi kimi baxırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG