Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 12:20

Ermənistanda hakim partiyadan olan rektora qarşı 'üsyan'


Ermənistan - Gümri şəhərində tələbələr hakim Respublikaçılar Partiyasından olan rektorun istefasını tələb edirlər. 5 may 2018

Ermənistanın ikinci böyük şəhərində - Gümridə Şirak Dövlət Universitetinin rektoru Saak Minasyanın istefası tələbilə etiraz aksiyası keçirilib.

Aksiyada universitetin tələbələri ilə yanaşı ictimai fəallar, eləcə də işdən qovulmuş müəllimlər iştirak ediblər.

Aksiyaçılar hakim Respublikaçılar Partiyasının üzvü olan rektoru rüşvətxorluqda və universitetə ayrılan pulları mənimsəməkdə ittiham ediblər. Bundan başqa rektor universiteti öz partiyasının maraqlarına xidmət etdirməkdə suçlanıb.

Rektorun tərəfdarları da əraziyə gəliblər və aksiyaçıları "təhqirlərə son qoymağa", "faktlar əsasında danışmağa" çağırıblar.

Saak Minasyan artıq altı ildir ki, Respublikaçılar Partiyasının regional təşkilatına başçılıq edir.

Rekto özü də aksiyaçıların qarşısına çıxıb və çətinliklə də olsa, qısa bəyanat verə bilib:

"Respublikaçılar Partiyasının üzvü olsam da, mən universiteti siyasiləşdirmək yönündə heç bir addım atmamışam və atmayacam da".

Rektor korrupsiya haqda "əsassız" ittihamların 2 il əvvəl çap edilmiş bir məqalədən qaynaqlandığını xatırladıb.

2016-cı ildə Gümri Jurnalistlər Klubunun sədri Levon Barseqyan məqalə yazaraq iddia etmişdi ki, universitetdə korrupsiyanın illik dövriyyəsi 450-500 min dollardır.

Buna da bax: Parlamentdəki fraksiyalar Paşinyanın baş nazirliyə namizədliyini dəstəkləyib

Parlamentdəki fraksiyalar Paşinyanın baş nazirliyə namizədliyini dəstəkləyib
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Rektorun onun məqaləsindən danışdığını eşidən Barseqyan da aksiyaya qoşulub.

O, çıxışında deyib ki, sadəcə, rüşvətin ümumi həcmini hesablayaraq bu barədə məqalə yazıb, amma heç kəs o zaman onun yazdıqlarını nə təkzib edib, nə də onu məhkəməyə verib.

Aksiyaçıların tələbini rədd edən rektor öz otağına qayıdaraq işini davam etdirib.

Tələbələr isə bildiriblər ki, Minasyana qarşı aksiyalarını davam etdirəcəklər.

Ermənistanın təhsil naziri səlahiyyətlərini icra edən Vaqram Mkrtçyan aksiyaçıların tələbilə mayın 7-də universitetə gələcək.

Son həftələrdə Ermənistanda tələbələr siyasi proseslərdə daha fəal iştirak edirlər.

Yerevanda baş nazir Serj Sarkisyanın istefası ilə nəticələnmiş kütləvi aksiyaların da aparıcı qüvvəsi gənclər olub.

XS
SM
MD
LG