Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:47
Ermənistan baş naziri Nikol Paşinyan, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan, işadamı Samvel Karapetyan və Ermənistanın ikinci prezidenti Robert Koçaryan.
Ermənistan baş naziri Nikol Paşinyan, "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan, işadamı Samvel Karapetyan və Ermənistanın ikinci prezidenti Robert Koçaryan.

Ermənistanda Qaqik Tsarukyana cinayət işi açılıb

Siyasi böhran fonunda keçirilən növbədənkənar səsvermədə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası ilə müxalifət blokları arasında gərgin hakimiyyət mübarizəsi gedir. Ermənistanın gələcək daxili və xarici siyasət kursunu müəyyən edəcək bu tarixi səsvermədə parlamentdəki yerlər uğrunda 18 siyasi qüvvə yarışır. Seçki kampaniyasının və səsvermənin əsas müzakirə mövzuları isə Qarabağ məsələsi ilə Ermənistan-Rusiya münasibətləridir.

Mərkəzi Seçki Komissiyasının saat 20:00-a olan məlumatına görə, seçki məntəqələri bağlananadək 1 milyon 476 min 597 seçici və ya səs vermək hüququ olanların 58,97 faizi Ermənistan Milli Məclisinə seçkilərdə səs verib.

2021-ci il seçkilərində seçici fəallığı 49,39 faiz idi.

Parlament seçkilərində səsvermə başa çatıb. Seçki məntəqələri saat 20:00-da bağlanıb.


Pozuntu iddiaları araşdırılır, 14 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi saat 17:00-dək seçkilərlə bağlı 57 müraciət aldığını bildirib.

Nazirliyin məlumatına görə, təkrar səsvermə,səsvermənin gizliliyinin pozulması, seçki hüquqlarının həyata keçirilməsinə mane olma, rüşvətxorluq, seçki məntəqəsində soyuq silah gəzdirmə ilə bağlı faktlar qeydə alınıb, sənədlər ibtidai istintaq orqanına təqdim edilib. 14 nəfər həbs edilib.

Qurum 198 iddia edilən pozuntu barədə məlumatı, eləcə də seçkilərlə bağlı mətbuatda və sosial mediada dərc olunan məlumatları da yoxladığını bildirib.

"Ermənistan" bloku çoxsaylı açıq səsvermə, yönləndirilmiş və ya nəzarətli səsvermə kimi bir sıra pozuntuların qeydə alındığını iddia edib. Blok həmçinin inzibati resurslardan sui-istifadə halları ilə bağlı iddialar irəli sürüb. Amma Mərkəzi Seçki Komissiyası və Prokurorluq, hələlik, bu iddialara reaksiya verməyib.

AzadlıqRadiosunun yerli müxbirləri seçki orqanları və müstəqil müşahidəçilərin də müxtəlif pozuntu iddiaları səsləndirdiklərini bildirirlər.

“Müstəqil Müşahidəçi” monitorinq qrupu bir sıra seçki məntəqələrində pozuntuların baş verdiyini, prosedur problemlərinin yaşandığını bildirib.

Qurumun məlumatına görə, müşahidəçiləri ölkə üzrə 1420 seçki məntəqəsində fəaliyyət göstərib və onlardan 387-də müxtəlif pozuntu halları qeydə alınıb.

Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan isə seçkilərin gedişatını "çox yaxşı" qiymətləndirib. O, bəzi qüvvələrin və media orqanlarının seçkilər ətrafında lazımsız ajiotaj yaratdığını qeyd edib.

Hakim partiya təmsilçiləri müxalifət fəallarının saxlanmasının siyasi təzyiq olmadığını bildiriblər.

“Burada heç bir siyasi təzyiqdən söhbət gedə bilməz, insanlar bu işə çoxlu pul yatırıblar və buna görə cəzalandırılmalıdırlar. Çünki seçkilər kazino demək deyil, seçkilər siyasi qüvvələrin iştirak edəcəyi və vətəndaşların səslərini qazanacağı və ya qazanmayacağı siyasi mübarizə deməkdir”, – A.Harutyunyan mətbuat konfransında AzadlıqRadiosunun sualına belə cavab verib.


Mərkəzi Seçki Komissiyası saat 17:00-dək seçicilərin 48,92 faizinin və ya 1 milyon 224 min 957 nəfərin səsvermədə iştirak etdiyini açıqlayıb.

2021-ci ildəki uyğun göstərici 989 min 972 nəfər və ya 38,17 faiz olmuşdu.

Davamı

XS
SM
MD
LG