Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 10:05

Ermənistanda parlament seçkiləri keçirilir


Ermənistan, parlament seçkiləri, 2 aprel 2017

Aprelin 2-də Ermənistanda parlament seçkisi keçirilir. Səsvermə axşam saat 8-də başa çatacaq.

Parlament seçkisində 9 siyasi güc- 5 partiya, 4 bloq iştirak edir.

Rəsmi məlumatlara görə, aprelin 1-də respublikada 2 564 195 seçici qeydiyyatdan keçib.

49 yerli ictimai təşkilatdan 28 mindən, 6 beynəlxalq qurumdan isə 640-dan çox müşahidəçi seçkini izləyir. ATƏT-in müşahidəçi missiyası da seçkini izləyənlər arasındadır.

Bu seçki ilə Ermənistan parlament idarəçiliyinə keçir. Ölkədə Konstitusiyaya son dəyişiklikdən sonra prezident səlahiyyətləri azalmış, parlament hakimiyyəti gücləndirilmişdi.

XS
SM
MD
LG