Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:02

Ermənistanın Gürcüstandakı hərbi təlimlərdə iştirakına dair 'qəribə təkzibi'


"Agile Spirit 2015" manevrləri Gürcüstanın Vaziani bazasında keçirilmişdi
"Agile Spirit 2015" manevrləri Gürcüstanın Vaziani bazasında keçirilmişdi

AzadlıqRadiosunun Erməni xidmətinin veridiyi xəbərə görə, Ermənistan qonşu Gürcüstanda keçirilən çoxmillətli hərbi təlimlərdə iştirak edəcəyini heç vaxt təsdiq etmədiyini bildirib.

Birləşmiş Ştatlar, Gürcüstan və başqa ölkələrin iştirakilə Agile Spirit (Qıvraq ruh) 2017 hərbi təlimlərinə sentyabrın 3-də Axaltsixdəki Orpola atəş məşqləri poliqonunda başlanıb.

ABŞ, Gürcüstan və başqa regional partnyor ölkələrin ordularının əməliyyat birgəliyi, qarşılıqlı kommunikasiya və texniki prosedurlarının gücləndirilməsi məqsədi güdən bu manevrlər artıq 7-ci dəfədir ki, keçirilir.

Ermənistan bu məşqlərə dəvət edilmişdi və onun menaverlərə gəlməməsi Yerevanın təlimlərə qoşulmaqdan imtina etməsi barədə şayiələrə yol açmışdı.

Sentyabrın 4-də Ermənistan müdafiə nazirinin müavini Artak Zaxaryan deyib ki, “biz adətən əvvəlcə bu və ya digər tədbirdə iştirakımızı planlaşdırır, lakin iştirak qərarını tədbirə az qalmış elan edirik”.

Nazir müavininin sözlərinə görə, “Yerevan bu tədbirdə iştirakını heç vaxr təsdiq etməyib və buna görə də onun tədbirdən imtina etdiyini demək olmaz”.

Manevrlərin başlanmasından əvvəl ABŞ hərbçiləri bildirmişdilər ki, bu təlimlərdə ABŞ dəniz piyadası korpusunun birlikləri, habelə Gürcüstan, Azərbaycan, Ukrayna və Ermənistanın 1000-dək hərbi xidmətçisi və NATO üzvləri olan Bolqarıstan, Latviya və Rumıniyadan qoşunlar iştirak edəcək.

Lakin Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri Giorgi Kaçarava və Nino Tolordava sentyabrın 3-də deyiblər ki, Ermənistan heç bir əlavə məlumat vermədən bu manevrlərdə iştirak etməyəcəyini bildirib.

Ermənistan Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla yanaşı Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Buna görə də Rusiya Ermənistanın Qərblə, xüsusilə də Birləşmiş Ştatlarla hərbi bağları inkişaf etdirməsiniə qısqanclıqla yanaşır.

Bundan başqa Ermənistan həm də Dağlıq Qarabağa görə onilliklərdir ki, Azərbaycanla müharibə şəraitindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG