Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Azərbaycanın qoşun yerdəyişməsi Ermənistanı narahat edib


Ermənistan müdafiə nazirinin müavini Gabriel Balayan
Ermənistan müdafiə nazirinin müavini Gabriel Balayan

Ermənistan müdafiə nazirinin müavini Gabriel Balayanın dediyinə görə Azərbaycanın Ermənistanla sərhədin Tavuş vilayəti də daxil bir sıra sahələrindəki ordu qüvvələrini dövlət sərhəd qoşunları ilə əvəzləməsi barədə bəyanatı erməni tərəfinin sayıqlığını azaltmamalıdır.

AzadlıqRadiosunun Erməni xidməti AzərTac agentliyinə istinadən bildirir ki, döyüş hissələrinin sərhəd qoşunları ilə əvəzələnməsi barədə məlumatı dövlət sərhəd xidmətinin başçısı general-polkovnik Elçin Quliyev 2018-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında verib.

O deyib ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax-Akstafa sahəsində döyüş dayaq məntəqələrinin sərhəd xidmətinə tapşırılması barədə sərəncamı prezident İlham Əliyev verib. Məlumatda bu prosesə nə vaxt başlanacağı göstərilmir.

Ermənistan-Azərbaycan sərhədinin Tavuş-Qazax-Akstafa sahəsi
Ermənistan-Azərbaycan sərhədinin Tavuş-Qazax-Akstafa sahəsi

Ermənistan müdafiə nazirinin müavini Gabriel Balayan AzadlıqRadiosunun Erməni xidmətinə deyib ki, bununla əlaqədar Ermənistan Müdafiə Nazirliyinin əlində hazırda açıqlanması mümkün olmayan məlumat var:

“Bu heç bir dərəcədə bizim döyüş hazırlığımıza təsir göstərməyəcək. Bizim xidmətimiz davam edir. Erməni qüvvələri təmas xətti boyunca vəziyyətə nəzarət edir. Bu, bizim sayıqlığımıza və xidmətin təşkilinə təsir göstərməməlidir”.

Sərhəddən çıxarılan qoşunlar hara köçürüləcək?

Bu da xəbər verilir ki, Tavuş Ermənistan-Azərbaycan sərhədinin ən uzun zolağıdır və erməni təhlilçilər Azərbaycanın oradakı qoşunlarından ehtiyat qüvvə kimi istifadə edildiyi barədə rəsmi məlumata şübhə ilə yanaşırlar. Onlar bunu da vurğulayırlar ki, oradakı N saylı motoatıcı briqadası sərhədin Qazax sahəsini mühafizə edən ordu birliyinə daxildir. Hərbi təhlilçilərin fikrincə Azərbaycan sözü gedən briqadanın artilleriya birliklərini Dağlıq Qarabağa transfer edə bilər.

Azərbaycanşünas Tatev Ayrapetyan bu barədə danışarkən deyib ki, Azərbaycanın sərhəddən çıxardığı ordu birləşmələrinin harada yerləşdiriləcəyi bilinmir:

“Əslində ehtiyat qüvvələr gücləndirilir. Qoşunları hara, hansı rayonlara keçirəcəklər. Bəlkə də Qarabağ-Azərbaycan sərhədi nəzərdə tutulub”.

Dağlıq Qarabağ separatçı rejimi başçısının mətbuat katibi David Babayan AzadlıqRadiosuna deyib ki, Dağlıq Qarabağın sərhədlərində hələlik heç bir hərəkət müşahidə olunmayıb, lakin onlar nisbi sakitliyə baxmayaraq Azərbaycanın bəyanatlarına inanmırlar”.

Mətbuat katibi xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ordusunun düşmənin istənilən obyektini məhv edən silahlara malik olmasını deməklə yanaşı Azərbaycanın yeni növ silahlar almaqda davam edəcəyini bildirib.

"Azərbaycandan hər şey gözləmək olar..."

Babayan deyib ki, “Azərbaycandan hər şey gözləmək olar və biz həmişə ayıq-sayıq olmalıyıq”.

Tatev Ayrapetyanın sözlərinə görə Azərbaycan döyüş hissələrinin sərhəd xidməti ilə əvəzlənməsini bildirsə də, bu, əslində konstruktiv addım yox, qoşunların təkrar qruplaşdırılmasıdır.

O fikrini bununla əsaslandırıb ki, Azərbayacan bu planlarını gərginlyinin azaldılmasına doğru addım kimi Ermənistanla razılaşdırmayıb.

Ayrapetyan deyib ki, Azərbaycan, görünür, bu addımı ilə erməni tərəfinin sayıqlığını zəiflətmək istəyir:

“Əgər Azərbaycanın son dövrdəki hərəkətlərinə fikir versək, görərik ki, o, diplomatik üsullarla konstruktiv tərəf kimi görünməyə çalışır. Məsələn Düşənbədə əldə edilmiş razılıqlara əməl olunması buna misal ola bilər. Onlar bunu təbliğat nöqteyi-nəzərindən və təbliğat mətbuatının vasitəsilə mühüm güzəşt kimi təqdim etməyə çalışırlar. Lakin bunun belə olduğunu düşünmək sadəlövhlük olardı, çünki atəşin kəsilməsi normal danışıqlar prosesinin keçirilməsi üçün önşərtdir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG