Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Ermənistan bankları da borclu vətəndaşlara güzəştlərə başlayıb


Ermənistan Mərkəzi Banklı
Ermənistan Mərkəzi Banklı

Ermənistanda bu ilin iyulunda həyata keçirilmiş bir sıra qanunvericilik dəyişiklikləri nəticəsində ölkənin kommersiya bankları 14 min 963 borclunun kreditlər üzrə 7 milyard dram (14, 4 milyon dollar) məbləğində cərimələrini silib.

Bu barədə dekabrın 27-də özünün Facebook səhifəsində baş nazirin səlahiyyətlərini icra edən Nikol Pashinian yazıb:

“Bankların 124 min müştərisinin kredit tarixləri nəzərdən keçirilib. Bu proses bundan sonra da davam etdiriləcək”.

Pashinian yazır ki, kreditlər üzrə ödənişlərini edə bilməyən vətəndaşlar borclu olduqları banklara baş çəkməli və cərimə və faizləri razılaşdırmalıdırlar.

Ermənistan parlamenti iyunun 21-də ölkənin Vergi Qanununa düzəlişləri təsdiq edib. Bu dəyişikliklər banklara vaxtında ödənməmiş kredit borcları üzrə cərimələri “bağışlamaq” səlahiyyəti verir.

Xəbər verilir ki, qanuna edilmiş dəyişiklikdən sonra ölkə bankları fiziki şəxslərin “ümidsiz kreditlər” üzrə cərimələrinin silinməsi prosesinə başlayıblar.

Bu güzəşt 2018-ci il mayın 31-nə olan vəziyyətə görə kredit üzrə ödənişlərin 271 gün və ya daha uzun müddətdə gecikdirilməsinə şamil edilir.

Bu da xəbər verilir ki, banklar kreditlər üsrə güzəştləri təkcə sıravi vətəndaşlara deyil, həm də kiçik və orta biznesə şamil edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG