Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:36

Ermənistanın öz mallarını Avropa ölkələrinə ixrac etmək imkanları genişlənəcək


Ermənistan - Prezident Serzh Sarkisian "Made in Armenia" sərgsində, Yerevan, 28 aprel 2015

Ermənistanın iqtisadi inkişaf və sərmayələr nazirinin müavini Qaregin Melkonyan deyib ki, Avropa Birliyi ilə bağlanan saziş birliyə daxil ölkələrə ixracın həcmini artırmağa şərait yaradacaq.

Onun sözlərinə görə, Ermənistanda buraxılan malların 90 faizdən çoxu artıq Avropa Birliyi ölkələrinə gömrük rüsumu alınmadan ixrac edilir. Buna həm də Brüsselin Ermənistan üçün tətbiq etdiyi GSP+ imtiyazlı ticarət rejimi imkan yaradır.

Melkonyan deyir ki, indi diqqəti Ermənistanda buraxılan malların keyfiyyətinə yönəltmək lazımdı. Qanunvericilik bazası Avropa standartlarına uyğunlaşdırılmalı, yeni laboratoriyalar yaradılmalıdır.

Avropa Birliyi bunların həyata keçirilməsi üçün Ermənistana 2017-2020-ci illərdə 170 milyon avro yardım ediləcək.

Buna da bax: Ermənistan Avropa Birliyi ilə saziş imzaladı

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG