Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:52

60 min dollara vaxtından əvvəl hərbi xidmətdən getmək olar


Ermənistanlı əsgər
Ermənistanlı əsgər

2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən öncə hökumətyönlü deputat Ayk Sarqsyan oxşar təkliflə çıxış etmişdi

Ermənistanda müddətli hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmaqla bağlı qanun layihəsi müzakirələrə yol açıb. Müxalifətçilər bu layihənin sosial ədalətsizlikdən tutmuş, ordu üçün dağıdıcı nəticələrinə qədər bir sıra məsələlərdən bəhs edirlər.

AzadlıqRadiosunun Ermənistan xidmətinin məlumatına görə, Müdafiə Nazirliyinin təqdim etdiyi layihədə 24 milyon dram (60 min dollar) qarşılığında dörd ay yarımdan hərbi xidmətdən azad olunmaq nəzərdə tutulur.

“Bu qanun layihəsi ilə indiki hakimiyyət müəyyən edir ki, yalnız sosial səbəblərdən onminlərlə dollar ödəyə bilməyənlər Ermənistan Respublikasında məcburi ikiillik hərbi xidmət keçməlidirlər. Hazırda dövriyyədə olan bu qanun layihəsi vətəndaşlar arasında sinfi, sosial, maliyyə, ümumiyyətlə istənilən növ bərabərsizliyə şərait yaradır”, – “Ayastan” müxalifət fraksiyasından deputat Geqam Manukyan deyir.

Beş il aya min dollar maaş almaq

“Hərbi xidmət haqqında” qanuna təklif olunan dəyişikliklər belə əsaslandırılır ki, bir nəfərin 24 milyon dram qarşılığında hərbi xidmətdən azad edilməsi bir müddətdən artıq xidmət keçən hərbçinin beş il müddətinə aya 400 min dram (min dollara yaxın) maaş alması deməkdir. Bu isə, nazirliyin mövqeyincə, ölkədə peşəkar hərbi xidmətin tətbiqinə motivasiya verən mühüm amildir.

Hakim “Mülki müqavilə” fraksiyasından deputat Armen Xaçatryan isə qeyd edib ki, istənilən layihəni tənqid etmək olar, ancaq bu layihə qəbul edilərsə, orduya kontraktla qoşulanların sayı əhəmiyyətli dərəcədə artar.

“Bu məbləğ elə müəyyənləşdirilir ki, bir neçə müqaviləli hərbçi bu vəsaitlə yaşaya, aya azı 400 min dram ala bilsin. Məncə, bu amil ordunun inkişafına xidmət edəcək. Bizdə yaxşı pul alan müqaviləli hərbçilər də olacaq, ordudan yayınmağın dolayı yollarını axtaranlar da...” – Xaçatryan söyləyib.

Üç il qabaq da təklif olunub

Hökumətyönlü deputat müzakirələrə açıq, həmkarlarının təkliflərini eşitməyə hazır olduqlarını vurğulayıb.

2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən öncə hökumətyönlü deputat Ayk Sarqsyan oxşar təkliflə çıxış etmişdi. 2019-cu ildə David Tonoyanın başçılığı ilə Müdafiə Nazirliyi layihəni rədd edib.

Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG