Keçid linkləri

2024, 28 Aprel, bazar, Bakı vaxtı 23:03

Ağanus kəndindən çıxan ermənilər qayıdacaqlarına inanmırlar (Video)


Laçında yola görə bir neçə kənd Rusiya sülhməramlılarına verilə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Laçında yola görə bir neçə kənd Rusiya sülhməramlılarına verilə bilərmi?

Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonunda imzalanmış atəşkəs bəyanatına əsasən Azərbaycanın nəzarətinə qaytarılıb

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, 44 günlük müharibənin sonunda Laçının Ağanus kəndindən çıxmış erməni icmasının başçısı bu kəndin Azərbaycanın nəzarətindən çıxacağına inanmır.

Artak Abraamyan bu barədə deyib:

“Gəlin özümüzü aldatmayaq. Mən buna inanmıram. İnanmalı bir şey də yoxdur. İki il əvvəl bizə deyirdilər ki, Aqavno (Laçının Zabux kəndi -red) bizimdir və bizim olaraq qalacaq”.

Abraamyanın sözlərinə görə Laçın dəhlizinə alternativ yol Ağanus kəndinin ərazisindən keçir.

O guya bu kəndin Azərbaycanın nəzarətindən çıxacağı barədə söz-söhbət eşitdiyini deyir.

İcma başçısının sözlərinə görə kənd “yeni dəhlizə” düşsə də, oradakı bütün evlər dağıdılıb.

Ağanus kəndi Laçın rayonunun Fətəlipəyə kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə erməni qüvvələri tərəfindən işğal edilmiş, daha sonra ermənilərlə məskunlaşdırılmasına səy göstərilmişdi.

Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycanın nəzarətinə qaytarılıb.

Azatutyun yazır ki, 44 günlük müharibə dövründə Ağanusda döyüşlər olmayıb. Erməni icmasının başçısı oradan ən axırda çıxdığını deyir:

“Dekabrın 1-də Rusiya komandanlığının əmri ilə biz yaşayış məntəqəsini tərk etdik”.

Məskunlaşdırma baş tutmayıb

Azatutyun yazır ki, II Qarabağ Müharibəsindək Ağanusda 13 erməni ailəsi - 102 nəfər yaşayırdı.

Əhalinin niyə bu qədər az olması barədə suala cavab verən Abraamyan deyib ki, buranın 1995-ci ildən başlanan məskunlaşdırılması “düzgün” aparılmayıb, o vaxt Ağanusa 350 ailə gətirilsə də əksəriyyəti çıxıb gediblər:

“Azərbaycanın qoyub getdiyi kənddə yaşamaq üçün evlər yox idi. Bugün bizim “azad olunmuş” adlandırdığımız kənddə biz demək olar yanmış evlərdə yaşayırdıq. İnsan yanmış evdə necə yaşaya bilər?”

İcma başçısının sözlərindən aydın olur ki, işğalın 25 ili ərzində ermənilər burada bir məktəb və bir də çoxuşaqlı ailə üçün ev tikiblər. Həmin məktəbdə cəmi 9 uşaq oxuyurmuş.

Abraamyan iddia edir ki, onlar kənddən çıxanda heç nəyi dağıtmayıblar və yandırmayıblar, bunu başqaları ediblər:

“Düzünü deyəcəyəm. Bu erməni qarətçiliyi olub. Ağanusda bir ev də yandırılmamışdı. Mən hər sözümə görə cavabdehəm. Müharibə vaxtı biz postlardan enib gördük ki, evlərimiz uçurulub, qapılarımız açıqdır və hər şeyimiz qarət olunub”.

Zabuxdakı erməni sakinlər: Evləri yandırsaq, kompensasiya verməyəcəklər
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

“Azərbaycan öz kəndini bizə verərmi?..”

Azatutyunun “ermənilər “yeni dəhlizə” düşən kəndlərə qayıda bilərlərmi” sualına Abraamyan buna inanmadığını deməklə cavab verib:

“Siz necə düşürsünüz? Azərbaycan özünün yaşayış məntəqəsini bizə verərmi? Mən inanmıram. Bugün Azərbaycan çalışır ki, Berdzorda (Laçın - red) erməni qalmasın. O qoyarmı ki, ermənilər gəlib Ağanusda və ya Mexvadzorda (Laçın rayonun Mığıdərə kəndi – red) yaşasınlar?”

Azatutyun yazır ki, hazırda bu kənddəki 13 erməni ailəsindən Qarabağda 2-si qalıb. 66 yaşlı Srbuyi Semercyan Ermənistanın Ararat vilayətindəki Arbat kəndində sığınacaq tapıb.

Azatutyunun yazdığına görə dünən (avqustun 10-da) Ağanusun keçmiş sakinləri telefonla kəndə qayıtmaq məsələsini müzakirə ediblər və qərara gəliblər ki, qayıtmayacaqlar:

“Yox biz ora getmərik. Heç kim getməz. Bunun heç söhbəti yoxdur. Orada evlər bir-birindən çox aralıdır...”.

Azatutyun yazır ki, kənd icmasının başçısı Artak Abraamyan hazırda Yerevanda yaşayır.

Dediyinə görə o Ağanusun icma başçısı olaraq qalır və aylıq maaşı 150 min dramdır (370 dollar).

Ermənistan Laçın dəhlizinin öz ərazisindəki hissəsinə tikinti texnikası yığır - Kornizordan reportaj
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44-günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG