Keçid linkləri

2024, 21 İyul, bazar, Bakı vaxtı 05:00

Ermənistanda ‘Qarabağ etirazçılarının’ əsgərliyə çağırıldığı deyilir


Geğam Manukyan
Geğam Manukyan

Müxallifətçilər iddia edirlər ki, onlar hərbi xidmətdən yayınmırlar, lakin indiki hərəkətləri onların təcrid olunması və təzyiq cəhdi kimi qiymətləndirirlər

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Müqavimət” hərəkətının üzvlərinə hərbi komisarlıqlara çağırışlar gəlir.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasından Geğam Manukyan deyib:

“Bizdə artıq qırxadək belə hallar haqqında məlumat var. Biz hazırda faktları, məlumatları toplayırıq. Biz aydınlaşdırmaq istəyirik ki, ən çox canfəşanlıq edən hansı komissarlıqlardır”.

Azatutyun yazır ki, müxalifətçinin hazırda həbsdə olan oğlu Taron Manukyanın da bu siyahıdadır.

Geğam Manukyana əvvəlcə komissarlıqdan zəng ediblər, sonra isə çağırış vərəqini gətiriblər:

“Mən onlara dedim: Uşaqlar, siz dəli olmusunuz? Mənim oğlum hazırda həbsdədir. Çağırış vərəqini aparıb ona verin”.

Hərbi xidmətə çağırış vərəqi “Müqavimət” hərəkatının fəal üzvü Gevork Muradyana da gəlib. O da hazırda həbsdədir. Taron Manukyan və başqaları Gümrüdə etiraz zamanı yaşlı kişilərlə bağlı insidentə görə saxlıanıblar.

Geğam Manunyan bu barədə deyib:

“Hərbi xidmət həmişə şərəf sayılıb. Xüsusilə də bizim daşnaktsakan uşaqlarımız üçün. Yüzlərlə belə uşaq aprel müharibəsində, sonuncu müharibədə çağırışsız-filansız ön cəbhəyə yollanıb”.

Müxallifətçilər iddia edirlər ki, onlar hərbi xidmətdən yayınmırlar, lakin indiki hərəkətləri onların təcrid olunması və təzyiq cəhdi kimi qiymətləndirirlər.

İqtidar deputatının təklifi

Deputat diqqəti iki ay bundan əvvəl Milli Məclisin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryanın verdiyi bəyanata çəkib.

Koçaryan Nikol Paşinyana qarşı etiraz edənlərin, müxalifət aksiyalarına qoşulanların hərbi xidmətə çağırılmasını təklif etmişdi.

Azatutyun yazır ki, aprel ayının axırlarında Ermənistan müxalifətinin fasiləsiz etiraz aksiyaları başlanandan bir neçə gün sonra Andranik Koçaryan polisi və DTX-ni saxlananlar barədə məlumatların Müdafiə Nazirliyinə ötürülməsinə çağırmışdı.

O iddia edirdi ki, etirazçıların arasında çox sayda hərbi qulluqdan yayınan gənclər var.

Parlamentin həmin iclasına ölkə polisi rəhbərinin müavini və çağırış və səfərbərlik xidmətinin başçısı dəvət edilmişdi.

O vaxt əksəriyyət iqtidaryönlü deputatın təklifini bəyənmişdi.

“Heç bir siyasi motiv yoxdur”

Həmin iclasda Daşnaksutyun partiyasının “Nikol Aqbalyan” tələbə ittifaqının sədri Taron Kazaryanın da adı çəkilmişdi.

Azatutyun yazır ki, Taron itaətsizlik hərəkatının ən fəal üzvlərindən biridir və polis onu bir neçə dəfə saxlayıb.

Bu da qeyd olunur ki, Kazaryan həm aprel, həm də 44 günlük müharibələrin iştirakçısı olub.

O iddia edir ki, hərbi xidmətdən yayınmayıb:

“Biz bunu müharibə vaxtı düşünmədən etmişik. Amma dinc vaxtda bizi heç nə narahat etmir. Mən bunu sadəcə olaraq hakimiyyət tərəfindən ucuz addım hesab edirəm”.

Bu arada Ermənistan çağırış və səfərbərlik xidmətinin rəhbəri Armen Avtandilyan müxalifətin iddialarını rədd edib.

O bildirib ki, gənclərin hərbi xidmətə çağırılmasında siyasi motiv yoxdur.

Hazırda Ermənistanda hərbi xidmətə çağırış toplanış qaydasında həyata keçirilir.

Avqustun 1-dən oktyabrın 30-dək davam edəcək son toplanışda 1444 vətəndaş iştirak edəcək.

XS
SM
MD
LG