Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:00

Müxalifətçi vitse-spiker Saqatelyan vəzifəsindən kənarlaşdırıldı


İşxan Saqatelyan
İşxan Saqatelyan

Ermənistan Milli Məclisi iyulun 1-də qapalı səsvermə yolu ilə müxalifətin iki nümayəndəsinin vəzifələrinə xitam verib

Ermənistan Milli Məclisi iyulun 1-də qapalı səsvermə yolu ilə müxalifətin iki nümayəndəsinin vəzifələrinə xitam verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Milli Məclisin vitse-spikeri İşxan Saqatelyan və iqtisadi məsələlər üzrə komissiyanın sədri Vage Akopyan vəzifələrindən kənarlaşdırılıblar.

Hər iki deputat parlamentdə keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasını təmsil edirlər.

Hesablama komissiyasının sədri Narek Babayan deyib ki, səsvemədə 107 deputatdan 66-sı iştirak edib və onların hamısı qərarın leyhinə səs verib.

Səsvermədən əvvəl hakim “Vətəndaş müqaviləsi” fraksiyasından Arusyak Culhakyan çıxış edərək deyib ki, Saqatelyan 2021-ci ilin avqustundan parlamentin 25 sessiyasından yalnız 7-də iştirak edib.

Bu da qeyd olunub ki, Saqatelyan Milli Məclis Şurasının 18 iclasında olmayıb.

Culhakyan deyib ki, beləliklə də İşxan Saqatelyan vitse-spiker kimi birbaşa vəzifələrini icra etməyib.

Vage Akopyanın işi üzrə çıxış edən başqa bir iqtidar deputatı Tsovinar Vardanyan bildirib ki, Akopyan sədri olduğu komissiyanın 342 səsverməsindən 194-də iştirak etməyib. O Milli Məclis Şurasının 25 iclasından yalnız 5-ə gəlib.

Mandatlardan imtina müzakirə olunmur

Vardanyan vurğulayıb ki, 8-ci çağırış Milli Məclisində qəbul olunmuş 253 qanundan 83-ü iqtisadiyyat məsələləri ilə bağlı olub.

Vardanyanın sözlərinə görə Akopyan komissiyanın 11 iclasına sədrlik etməyib.

Azatutyun yazır ki, İşxan Saqatelyan və Vage Akopyan parlamentin 1 iyul iclasında da iştirak etmirdilər.

Saqatelyan Azatutyuna müsahibəsində Milli Məclisin qərarını “siyasi təqib” adlandırıb.

O əlavə edib ki, müxalifət Milli Məclisdə boş qalan vəzifələrə namizəd verməyəcək.

Azatutyun xatırladır ki, müxalifətin Hayastan və “Şərəfim var” fraksiyasının deputatları aprelin sonlarından bəri fasiləsiz küçə yürüşləri və etiraz aksiyaları keçirir, parlamentin iclaslarına gəlmirdilər.

Onlar baş nazir Nikol Paşinyanı “Qarabağı Azərbaycana verməyə hazır olmaqda” günahlandırır, hökumətin istefasını tələb edirdilər.

Bütün bunlarla yanaşı İşxan Saqatelyan bildirib ki, müxalifət deputat mandatlarından imtina məsələsini müzakirə etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG