Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:38

Ermənistan əsgərin ölümünə baxmayaraq danışıqlara davam edəcək


Edward Nalbandian

Ermənistan oktyabrın 10-da Azərbaycanla sərhəd bölgəsində əsgərinin öldürülməsinə baxmayaraq sülh danışıqlarına davam edəcəyini bildirib.

Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan polşalı həmkarı Vitold Vaşikovski ilə görüşündən sonra deyib.

Nalbandyan Azərbaycan tərəfini iki ölkə prezidentlərinin Cenevrədə keçirilən görüşündən 4 gün sonra atəşkəsi pozmaqda və erməni əsgərini öldürməkdə ittiham edib.

Buna da bax: N.Məmmədov: 'Ermənistan prezidenti razılaşmaları pozub'

Vaşikovski həm də Avropa Birliyi və NATO-nun Ermənistandakı nümayəndəsidir.

Azərbaycanın müdafiə nazirliyinin məlumatına görə isə, son günlər erməni hərbi birləşmələri sərhəddə atəşkəsi pozublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG