Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:05

Ermənistan Dağlıq Qarabağda daha bir əsgərinin həlak olduğunu bildirir


Foto arxiv

Ermənistanın müdafiə nazirliyi Dağlıq Qarabağda daha bir əsgərinin həlak olduğunu bildirir.

Nazirliyin məlumatına görə 20 yaşlı əsgər Gor Garaginyan fevralın 6-da atəşkəs rejiminin ozulması nəticəsində həlak olub.

İnsident yerli vaxtla saat 11 radələrində təmas xəttinin şimal-şərqindəki hərbi hissələrdən birində qeydə alınıb.

Azərbaycanın müdafiə nazirliyi hələlik məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, Ermənistan tərəfi son vaxtlar qoşunların təmas xəttində əsgər ölümü ilə bağlı vaxtaşırı məlumatlar yayır.

Azərbaycanın müdafiə nazirliyi öz növbəsində, erməni silahlı bölmələrinin ötən gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozduğunu bildirir.

Azərbaycan müdafiə nazirliyinin başqa bir məlumatına görə isə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qtəmas xəttində növbəti monitorinq keçirilməlidir.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcək.

Ermənistan tərəfdən isə şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG