Keçid linkləri

Təcili xəbərlər
2019, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 09:38

Azərbaycan daha 4 əsgərinin ölməsini təkzib edir


Azerbaijan -- Ministry of Foreign Affairs

“Erməni tərəfi qoşunların qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə dezinformasiya yaymaqda davam edir”.

Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində yenidən qarşıdurma baş verməsi barədə Ermənistan tərəfinin yaydığı bilgiləri təkzib edib.

Nazirliyindekabrın 30-u yaydığı məlumatında qeyd edilir ki, Ermənistan tərəfi belə xəbərləri bir gün əvvəl törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə dövriyyəyə buraxır.

“Erməni tərəfi guya, dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün (30 dekabr) yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb. Əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər”, nazirliyin məlumatında qeyd edilir.

“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir”, nazirlik bildirir.

Dekabrın 30-u günorta saatlarında Ermənistanın Müdafiə Nazirliyi ötən gecə cəbhə xəttində yenidən gərginlik yaşanması, Azərbaycan tərəfinin daha 4 hərbçi itirməsi barədə məlumat yaymışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG