Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
Azərbaycan və İran prezidentləri Bakıda, 2014
►"Azərbaycan İranı tranzit ölkə kimi Ermənistanı yox, məhz onu seçməyə inandırmağa çalışır"
Erməni politoloqu Qarik Keryan deyib ki, Qərbin təzyiqilə üzləşən Azərbaycan indi İran vasitəsilə bu təcriddən qurtulmağa çalışır.
O, "Armenpress" agentliyinə verdiyi müsahibədə deyib ki, İranın üzərindən sanksiyaların götürülməsi "İranın təkcə Avropa dövlətləri ilə bağları bərpa etməsinə yox, həm də iqtisadi cəhətdən Cənubi Qafqaza girməsinə imkan yaradıb".
Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan İranla ikitərəfli əməkdaşlıqda maraqlıdır.
Qarik Keryan qeyd edib ki, bu, "Ermənistanın blokadası"nın nəticələrini azaltmasına yol açır.
"Rusiya-İran münasibətləri təbii olaraq inkişaf etdiyinə görə, Ermənistan da Avrasiya İttifaqının üzvü olaraq İranı Avrasiya İqtisadi Birliyi ilə əlaqələndirməklə bağlı bəzi vəzifələri öz üzərinə götürə bilər. Bundn başqa Ermənistan həmişə İranla münasibətləri inkişaf etdirməklə enerji tranziti üçün yol olmağa can atıb. İranın Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tutması faktı və bütün bunlar Ermənistan-İran münasibətlərinin inkişafı üçün yaxşı şərait və maraq yaradır," - deyə politoloq bildirib.
Qarik Keryan deyib ki, demokratiyanın zəruri səviyyəsini təmin etməyə qadir olmadığına və ölkədə Avropa təsisatlarını qadağan etdiyinə görə Qərbin tənqidi və təzyiqi ilə üzləşən Azərbaycan bu təcriddən yan keçməyə çalışır.
Jurnalistin "Əliyevin səfərinin məqsədi Ermənistanın tranzit ölkə olmaq cəhdlərinə maneçilik törətmək ola bilərmi" sualına politoloq belə cavab verib:
"Bu mərhələdə Azərbaycan İranı tranzit ölkə kimi Ermənistanı yox, məhz onu seçməyə inandırmağa çalışır. Düşünürəm ki, İran fərqli bazarlara çıxmaq üçün hər iki istiqamətə üstünlük verəcək."
Buna da bax: Kadırov karikaturalarda
Hərəmxana elmləri akademiyasının əməkdar üzvü
1/10Ramzan Kadırov - toy generalı və hərəmxana elmləri akademiyasının əməkdar üzvü və qəhrəmanı. Çeçenistan rəhbəri açıq şəkildə yaşlı məmurun yeniyetmə qızı özünə arvad eləməsinə dəstək vermişdi. "Bu bizim ənənmizdir" deyərək.
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
Ardını göstərQısa göstər
4/10Rusiya prezidenti Lenini... "SSRİ-nin dağılmasında" ittiham etmişdi. Yəni ölkənin təməlini səriştəsiz qoymaqda... Kadırov da bu məsələdə Putini dəstəkləmişdi...
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
Ardını göstərQısa göstər
9/10Müxalifət lideri Nemtsovun öldürüldüyü körpü onun adım yerinə çevrilib. Müxalifət fəalları orada anım guşəsi də yaradıblar. Vaxtaşırı kimlərsə gecəylə gəlib onu dağıdır...