Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:29

Ermənistan rəsmisi:"Ölkədə ikinci dövlət dilinə ehtiyac yoxdur"


Eduard Sharmazanov
Eduard Sharmazanov

“Ermənistanın dövlət dili erməni dilidir və hər hansı bir dilə ikinci dövlət dili statusu verilməsinə ehtiyac yoxdur, istər rus, istər yunan, istərsə də ingilis dili olsun”.

Bunu Terdt.am saytına müsahibəsində parlamentin sədr müavini Eduard Şarmazanov, Rusiya xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Elyanora Mitrofanovanın bəyanatına münasibət bildirərkən deyib.

Mitrofanova bu günlərdə bəyan edib ki, rus dilinə keçmiş Sovet ölkələrində ikinci dövlət dili statusu verilməsi Rusiya xarici siyasətinin gündəliyinə salınacaq.

“Bütün dillərə hörmət edirəm,o cümlədən də Puşkin, Lermontov, Dostayevski və Tolstoyun dili olan rus dilinə. Rus dilini nə qədər çox insan bilsə, onlar rus və ümumdünya mədəniyyətinə bir o qədər yaxın olacaqlar”.O ki, qaldı rus dilinin Ermənistanda ikinci dövlət dili olmasına, Ermənistanda bir dövlət dili var, bu da erməni dilidir və belə də qalacaq. Ermənistanda hər hansı bir ikinci dövlət dilinə ehtiyac yoxdur, istər rus, istər, yunan, istərsə də ingilis dili olsun”. deyə Şarmazanov deyib.

Amma Şarmazanov qeyd edib ki, rus dili də daxil olmaqla Ermənistan cəmiyyətində xarici dilləri dərinləşdirmək lazımdır, gənc nəsl azı 2 xarici dil-rus və ingilis dillərini bilməlidirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG