Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:21

Erməni politoloq: ‘Gücünü itirmiş Yerevanda fikir ayrılığı var’


Ermənistanla sərhəd bölgələrində döyüş qızışır
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Ermənistanla sərhəd bölgələrində döyüş qızışır

Ermənistanlı şərhçi Aleksandr İskandaryan da vəziyyətin xüsusilə Ermənistan üçün arzuolunmaz olduğunu deyir

Son günlər Azərbaycanla Ermənistanın dövlət sərhədlərində döyüş əməliyyatlarının bərpasını şərh edən Yerevandakı siyasi şərhçi Riçard Giraqosian AzadlıqRadiosuna deyib ki, vəziyyət təhlükəli məcraya yönəlir, gərginlik arta bilər.

Başqa bir ermənistanlı şərhçi Aleksandr İskandaryan da vəziyyətin xüsusilə Ermənistan üçün arzuolunmaz olduğunu deyir. O bildirir ki, hazırda Ermənistan Azərbaycanın 1990-cı illərdə düşdüyü vəziyyətdədir, gücünü itirib və Azərbaycan da bacardıqca çox üstünlük əldə etməyə çalışır.

Bakıda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə düşünür ki, indi sərhəddə alovlanan döyüş əslində son vaxtlar davam edən lokal toqquşmaların davamıdır:

“Müharibə bitsə də, bu lokal toqquşmalar uzun müddət davam edəcək. Azərbaycanın əsas məqsədi odur ki, sərhədlərin tam müəyyənləşməsi qış aylarına qədər başa çatsın və strateji yüksəkliklər ələ keçirilsin. Proses bir az sürətləndikcə Azərbaycan Laçın dəhlizi ətrafında da sərhəd və gömrük postları müəyyənləşdirə bilər. Bu, Azərbaycanın təbii haqqıdır”.

Ohanyan: Azərbaycan Yerevan-Gorus yolunu nəzarətə alıb
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Dağları qar almamış...

Elxan Şahinoğlu deyir ki, Azərbaycan tərəfi atəşkəsdən ötən bir ildə çalışdı ki, sərhədin dəqiqləşdirilməsini danışıqlar yolu ilə həll etsin, amma Ermənistan tərəfi razılıq vermədi, indi Azərbaycan dağları qar almamış öz tədbirini görməyə çalışır.

Ermənistan mediasında səslənən məlumatlarda isə qeyd olunur ki, sərhədlərdə gərginlik baş nazir Nikol Paşinyanın Rusiya və Azərbaycan liderləri ilə nəzərdə tutulan 9 noyabr videokonfransına qatılmamasına görə baş verə bilər.

Ermənistan mediası yaır ki, Paşinyanın bu görüşdən imtinası Azərbaycanı güc tətbiq etməyə sövq edib.

Qeyd edək ki, noyabrın 9-a nəzərdə tutulan həmin görüşdə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat dəhlizlərinin açılmasına dair iki razılaşmanın imzalanacağı barədə xəbərlər yayılırdı. Amma Rusiya prezidentinin mətbuat xidməti də belə görüşün planlaşdırıldığını söyləsə də, sonradan Nikol Paşinyan və onun administrasiyası həmin görüşün planlaşdırılmadığını söylədilər.

“Müharibədən sonra başqa nə gözləmək olardı ki?!”

rmənistanda siyasi şərhçi Aleksandr İskandaryan deyir ki, hazırda gücünü itirmiş Yerevanda bundan sonra nə etmək barədə siyasi qüvvələr arasında fikir ayrılığı var:

“Azərbaycan çalışır ki, nə mümkündür qoparsın. Ermənistanda isə hakimiyyət çalışır ki, Azərbaycanla qarşıdurmanın qarşısını müvəqqəti də alsın. Müxalifət isə hesab edir ki, hakimiyyət yararsızdır. Bəzi qüvvələr isə hesab edirlər ki, Ermənistan gözləmə rejiminə keçib özünə gələnə qədər gözləmələldir. Vəziyyət heç də qənaətbəxş deyil, amma müharibədən sonra başqa nə gözləmək olardı ki?!”

Aleksandr İskandaryan deyir ki, Azərbaycanın əsas məqsədi Türkiyəyə quru yolu, başqa sözlə, Naxçıvana kommunikasiya xətti əldə etməkdir. Onun sözlərinə görə, Azərbaycan bu yola erməni tərəfinin nəzarətini istəmir, Ermənistan tərəfi isə bu şərtlə razılaşmır və əsas razılaşdırılmayan məqam məhz budur.

Ermənistanla Azərbaycan keçən il 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıblar, amma tərəflər yekun sülh sazişini imzalamayıblar, sərhədlər üzrə razılığa gəlməyiblər. Ona görə Rusiyanın sülhməramlı qüvvələri regiona gəlsələr də, hərbi qarşıdurmanın tam aradan qalxması hələlik mümkün olmur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG