Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:50

Erməni biznesmen siyasətə gəlir


-

Moskvada yaşayan biznesmen Ara Abrahamian​ Ermənistanda siyasi fəaliyyətə başladığını təsdiqləyib. Onun bu qərarına yerli mətbuatda və müxalifət dairələrində tənqidlər səslənir.

Abramyan bu niyyəti barədə ilk dəfə Rusiya Erməni Birliyinin yaradılmasının 15 illiyində məlumat verib.

2017-ci ildə keçiriləcək parlament seçkisi öncəsi siyasi partiya yaratmaq niyyəti yerli mediada Abramyana qarşı yazıları artırıb. Onun intellektual səviyyəsi, siyasəti qabiliyyəti tənqid olunur. Mediadakı ehtimallardan biri də odur ki, seçkilərdə müxalifətə veriləcək səsləri ala bilmək üçün hakimiyyətin növbəti “layihə"sidir.

Bəzi müxalif təmsilçiləri də istisna ermir ki, Abrahamian kimi rusiyayönümlü fiquru ortaya çıxarmaqla Rusiya Ermənistan parlamentində öz tərəfdarlarının sayını artırmağa çalışır.

Buna da bax: Ukraynada seçkilərdir​

"ERMƏNİSTANA QAYITMAQ VAXTIDIR"

Ermentistanda etiraz aksiyası
Ermentistanda etiraz aksiyası

Oktyabr ayı Ermənistanda etiraz aksiyaları ilə keçib. Belə bir ərəfədə biznesmenin siyasətə qoşulmaq niyyəti çoxlu suallar doğurur. ​Abrahamian özü Ermənistanda hakimiyyət dəyişikliyinə can atacağını təkzib edir. Bununla belə, əksər müşahidəçilər hesab edirlər ki, Abramyan və onun partiyası prezident Serj Sarkisyanın rəhbərlik etdiyi partiyaya qarşı potensial əksgücdür. Sarkisyan planlaşdırılan Konstitusiya reformasiyasından sonra Ermənistanı parlament respublikasına çevirib növbəti çağırışda hakimiyyətini qorumaq istəyir.

“Ermənistana qayıtmaq vaxtıdır”, - AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində 58 yaşlı biznemen deyir. O, 1990-cı illərdə Rusiyada sahibkarlıq fəaliyyətinə başlayıb.

“Mən hər zaman Ermənistan barədə düşünmüşəm. Moksvada heç bir problemim yoxdur. Mən böyük uğurlara çatmışam və maliyyə vəziyyətim yaxşıdır. Amma bilirəm ki, Ermənistanda problemlər var. Bu da mənə vicdan rahatlığı vermir. Bizim konkret iqtisadi proqramımız var və hazırda onun üzərində çalışıram”, - Abrahamian deyib.

Buna da bax: Monteneqroda mitinqdə zorakılıq araşdırılır

GÜRCÜ MİLYADERLƏ MÜQAYİSƏ OLUNMASINI İSTƏMİR...

Ara Abrahamian
Ara Abrahamian

Abrahamian Rusiyada tikinti və digər sahələrə investisiya qoyub. Erməni sahibkar istəmir ki, onu 2012-ci ildə hakimiyyətə gələn rusiyalı-gürcü milyarder Bidzo İvanişvili ilə müqayisə etsinlər.

Əvvəllər Ermənistan vətəndaşı olmuş Abrahamian ölkə Konstitusiyasına görə, yüsək seçkili vəzifə tuta bilməz, ancaq o deyir ki, bu, onun erməni siyasətində iştirakına mane ola bilməz və o, yaradacağı partiya ilə eynifikri bölüşdüyü adamları ətrafına toplamaq istəyir, - rusiyalı sahibkar qeyd edir.

“İstəmirəm ki, məni kiminləsə müqayisə etsinlər. Heç bir güc məni dayandıra bilməz. Pis bir şey eləmirəm ki, qorxam. Qoy o adamlar qorxsunlar ki, bu gün çox danışırlar. Fikirləşirəm ki, gün gələcək hər kəs cavabını alacaq”, - Abramyan ad çəkmədən bildirib.

Kənddən çıxdığını gizlətməyən Abrahamian AzadlıqRadiosuna müsahibəsində mediada onun intellektual səviyyəsi ilə bağlı tənqidlərə cavab verib: “Onlar deyirlər ki, mən rus dilində və ermənicə ədəbi dildə danışmıram. Mənə hücum edənlər yerlərini itirəcəklərindən qorxanlardır", - Abrahamian deyib.

XS
SM
MD
LG