Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:22

Ermənistanda İsrail əsgərinin başına gələnlər


İllüstrasiya
İllüstrasiya

►​Arik Martuin-in ötən həftə İsrailə dönüşü dramatik olub.

Ermənistan rəsmiləri onun ölkəni tərk etməsinə imkan vermirdilər.

Arik həm İsrail, həm də Ermənistan vətəndaşıdır. İsrail hərbi hava qüvvələrinin çağırışçısıdır.

İki ay əvvəl Ermənistana, öz ata yurdunu ziyarət etməyə gedibmiş.

Evə qayıtmaq istəyəndə isə Ermənistanın sərhəd xidməti əməkdaşları ona mane olublar.

İsrail rəsmiləri bunu öyrənəndə şoka düşüblər.

Martuin-ə deyilib ki, o, Ermənistan vətəndaşı olduğuna görə bu ölkənin ordusunda xidmət etməlidir.

Bundan sonra o, Facebook-a üz tutub, İsrailə qayıtmasına köməklik göstərilməsini xahiş edib.

İsrail Silahlı Qüvvələri çıxış yolu təklif etmək üçün hər hansı bir vasitəyə malik olmadığını bildirib.

Bu məqamda israilli vəkil Eyal Paltek əsgərin köməyinə gəlib.

Buna da bax: "Gömrükdə dava-dalaş ərşə qalxacaq"

Xarici İşlər Nazirliyinin rəsmiləri də iki ay ərzində diplomatik kanallarla məsələni həll etməyə çalışıblar.

Lakin onların da səyləri boşa çıxıb.

İsrail rəsmiləri Martuin-ə deyiblər ki, o, Ermənistan hökuməti ilə işləmək üçün yerli bir vəkil tutmalıdır.

"Mən burada həbsxanadayam və bu absurd vəziyyəti başa düşə bilmirəm,” - deyə Martuin İsrailin "Ma'ariv" qəzetinə bildirib.

Əsgərin düşdüyü durum Ermənistanda ictimailəşəndən sonra Martuin öz həyatına görə narahat olduğunu deyib.

Vəkil Paltek fəaliyyətə keçib və Martuin-in azad olunmasına nail olub.

"Bu işlə bağlı elə detallar var ki, bu mərhələdə mən onları açıqlaya bilmərəm,”- deyə Paltek "Ma'ariv" qəzetinə deyib.

"Gəlin sadəcə olaraq deyək ki, biz Ariki Ermənistandan çıxara bilmişik."

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG