Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Xaricdəki tanınmış erməni sənətçilər Yerevan aksiyalarına dəstək verir (Video)


Yerevanda yeni həbslər
Gözlə
Embed

No media source currently available

0:00 0:02:41 0:00

Yerevanda yeni həbslər

Xarici ölkələrdə yaşayan bəzi tanınmış erməni ziyalı və sənətçiləri Yerevanda baş nazir Serj Sarkisyana qarşı keçirilən etiraz aksiyalarını dəstəkləyiblər.

Erməni əsilli ABŞ yazıçısı Kris Bocalyan Twitter hesabında yazıb ki, Ermənistana gələn ay edəcəyi səfəri səbirsizliklə gözləyir. İstəyi odur ki, "erməni xalqının siyasi korrupsiyaya və ağlını itirmiş oliqarxiyaya qarşı necə çıxdığını öz gözüylə görsün".

Bocalyan Ermənistana, 1918-ci ildə qurulmuş demokratik respublikanın 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün gedəcək.

O, 18 roman müəllifidir. Əsərləri milyonlarla nüsxə satılıb. Bocalyanın "Mamaçalar" romanı əsasında film çəkilib.

Chris Bohjalian
Chris Bohjalian

Buna da bax: Müxalifət lideri Sarkisyanın dialoq təklifini rədd edir

Erməni əsilli ABŞ müğənnisi, dünyaca məşhur "System Of A Down" rok qrupunun solisti Serj Tankyan özünün Facebook hesabında Yerevandakı etiraz aksiyalarının canlı yayım linkini paylaşıb.

"İndi Ermənistanda görünməmiş hadisə baş verir. Vətəndaş itaətsizliyi artır və fəhlə və tələbələrin korrupsiyalaşmış elitaya qarşı tətilinə çevrilir. Bu, yeni Ermənistanın ilk həftəsidir. Nə baş verməsindən asıl olmayaraq, cəmiyyətdəki biganəlik aradan qalxır" - deyə o, Facebook postunda yazıb.

Tankyan birbaşa Sarkisyana müraciət edib: "Serj, nə sən bizim atamızsan, nə də biz sənin övladların. Sən əvvəllər erməni xalqına xidmət edibsən, amma daha hörmət edilən bir lider deyilsən".

Serj Tankian
Serj Tankian

Erməni əsilli Kanada müğənnisi Arsine Xancyanın erməni xalqına müraciəti isə Yerevandakı etiraz aksiyaları zamanı səsləndirilib.

Telefonla etdiyi müraciətdə o, Sarkisyana xitab edib: "Hakimiyyətdən getməyi də təsəvvür etmək mümkündür. Ermənistanı xilas edə biləcək çox adam var"

Buna da bax: Müxalifət lideri Ermənistan polisini Sargsyanı müdafiə etməməyə çağırıb

Xancyan Sarkisyanı "erməni xalqı ilə düşmənçilik etməməyə" çağırıb:

"Sizin çıxış yolunuz var və öz yolunuzla gedin. Gedin ki, xalq demokratik dəyərləri - özünüidarə dəyərlərini anlasın. Sizi sevmirlər, bu sizin üçün acı həqiqətdir. Amma bunun günahı özünüzdədir".

Arsinée Khanjian
Arsinée Khanjian

Ermənistanın futbol üzrə yığmasının sabiq oyunçusu Yura Movsesyan da Facebook səhifəsində Yerevan polisini etirazçılara qarşı güc tətbiq etməməyə çağırıb.

O, aksiyaçıların şəkillərini paylaşaraq qeyd edib ki, peşəsindən asılı olmayaraq bütün ermənilər birləşməlidir:

"Böyük xalq olmağın yolu güclü komanda olmaqdan keçir".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG