Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:00

Müxalifət lideri Sarkisyanın dialoq təklifini rədd edir


Yerevanda etirazçılar baş nazir Sargsyanın oturduğu binanın qarşısına toplaşır
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Yerevanda etirazçılar baş nazir Sargsyanın oturduğu binanın qarşısına toplaşır

Ermənistanın müxalif millət vəkili Nikol Paşinyan hökumətlə dialoq çağırışını rədd edib və bir daha Serj Sarkisyanın baş nazir vəzifəsindən istefasını tələb edib.

O aprelin 20-də keçirilən mitinq zamanı deyib: “Dialoq üçün artıq gecdir... amma bu o demək deyildir ki, biz hər hansı müzakirəyə hazır deyilik. Biz əlbəttə, Sarkisyanın istefa vaxtını və bu xüsusda müəyyən şərtləri müzakirə etməyə hazırıq. Biz qisas və intiqam istəmirik. Əgər Serj Sarkisyan mümkün qədər tez istefa versə, bu, onun və Ermənsitan Respublikasının xeyrinə olar”.

***

Ermənistan paytaxtından alınan ən son xəbərlərə görə polis anti-Sarkisyan etirazlarının səkkizinci günündə 180-dən çox nümayişçini həbs edib.

***

Aprelin 20-də Ermənistanda polis azı 65 etirazçını saxlayıb. Polisin mətbuat xidməti saxlananların Yerevanın küçələrində nəqliyyatın işini əngəlləməyə çalışan müxalifət tərəfdarları olduğunu bildirib.

Qanunvericiliyə uyğun olaraq, polis qanunu pozaraq ictimai asayişi pozanları polis məntəqələrinə aparır”, – polisin sözçüsü Ashot Agaronian deyib.

Ancaq internetdə yayılan videoda mülki geyimli şəxslərin etirazçıları zorla nömrəsiz maşınlara mindirdiyi görünür. Onların polis əməkdaşları olub-olmadığı bəlli deyil.

Paytaxt Yerevanda gənc fəallar, tələbələr, müxalifət tərəfdarları yürüşlər təşkil edib, yolları kəsib, nəqliyyatı dayandırmağa çalışıb. Şəhərin müxtəlif yerlərinə polis dəstələri yerləşdirilib.

***

Ermənistanda keçmiş prezident Serzh Sarkisian-ın baş nazir seçilməsinə etirazlar davam edir.

Hakimiyyətin dialoq çağırışlarına baxmayaraq, aprelin 20-də səhər yüzlərlə nümayişçi küçələrə çıxıb. Etirazlar artıq səkkizinci günə girib.

***

Ermənistan prezidenti Armen Sarkisyan Serj Sarkisyanın baş nazir seçilməsinə Yerevanın mərkəzində 7 gündür ki, davam edən etirazlarda 120-dək nümayişçi həbs olunduqdan sonra bütün tərəfləri dialoqa çağırıb.

Armen Sarkisyan aprelin 19-da deyib ki, o yeganə həllin dialoq və qarşılıqlı ehtiram olmasına inanır.

Bu arada müxalifət Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz nümayişlərinin davam etdirilməsinə çağırıb.

***

Yerevanın mərkəzində polis 100-dən artıq etirazçını saxlayıb. Polisin sözçüsü 106 nəfərin saxlandığını bildirir.

İnternetdə yayılmış videoda xaotik səhnələr, polis əməkdaşlarının bir gənc qadını sürüdüyü, gənc etirazçıların zorla polis maşınlarına mindirildikləri görünür.

Pashinian-ın başçılığı ilə təxminən 1000 nəfər dörd saatlıqdan yürüşdən sonra meriya yaxınlığındakı parkda çadır qurub.

Şayiələr gəzir ki, mən yorulmuram, bu doğru deyil. Mənə də istirahət lazımdır”, – Pashinian jurnalistlərə deyib.

***

Yerevanda hökumət binasının qarşısında polis kordon yaradıb, müxalifət tərəfdarlarını geri oturdub, bir neçəsini saxlayıb. Ölkədə artıq yeddinci gündür etirazlar davam edir.

Polis etirazçını saxlayır, 19 aprel, 2018-ci il
Polis etirazçını saxlayır, 19 aprel, 2018-ci il

Polis rəsmisinin AzadlıqRadiosu-na bildirməsinə görə, təhlükəsizlik qüvvələri Respublika meydanı yaxınlığındakı hökumət binasının girişini açarkən 20 nümayişçi saxlanıb. Qarışıqlıq zamanı bir qadın yaralanıb.

Bu binada kənd təsərrüfatı, səhiyyə, əmək və sosial məsələlər nazirlikləri, bir neçə hökumət agentliyi yerləşir.

Pashinian-ın rəhbərlik etdiyi nümayişçilər polisi silahı yerə qoymağa, etirazlara qoşulmağa çağırıblar.

“Sizi qorxmamağa, Serzh Sarkisian-ın və nazirlərinin hakimiyyətini tanımamağa çağırırıq. Addım atın, Serzh-i rədd edin!” - Pashinian dövlət qulluqçularına müraciət edib.

Bu gün Sarkisian hökumətin ilk iclasını bir neçə saatlıq ertələməli olub. Bu gün axşam yerli vaxtla 7-yə Pashinian Respublika meydanına daha bir yürüş təyin edib.

***

Ermənistanda polisi hökumət binalarına girişi əngəlləməyə çalışan müxalifət tərəfdarlarını saxlamağa başlayıb.

***

Ermənistanın müxalifət tərəfdarları aprelin 19-da səhər paytaxtda əsas hökumət binaları yaxınlığına toplaşırlar. Onlar keçmiş prezident Serzh Sarkisian-ın baş nazir seçilməsinə etirazlarını davam etdirirlər.

Polis aprelin 19-da yaydığı bəyanatda nümayişçilərə xəbərdarlıq edib ki, qanunsuz olaraq hökumət binalarına, başqa obyektlərə girməsinlər, əks halda, təhlükəsizlik işçiləri “hüquqi çərçivədə uyğun tədbirlər” görəcək.

HAKİMİYYƏT DİALOQA ÇAĞIRIR

Ötən gecə isə minlərlə erməni Yerevanın mərkəzindəki Respublika meydanına yığışaraq Sarkisian-ın prezidentlik müddəti bitəndən sonra da hakimiyyətdə qalmasına etiraz ediblər.

Polis küçələri bağlamağa, ictimai nəqliyyatın işini pozmağa çalışan onlarla etirazçını saxlayıb.

Baş nazirin idarəsi qarşısında etirazlar, 18 aprel, 2018-ci il
Baş nazirin idarəsi qarşısında etirazlar, 18 aprel, 2018-ci il

Respublika meydanında nümayişçilər qarşısında çıxış edən müxalifət lideri Nikol Pashinian Ermənistan əhalisini çağırıb ki, yerli hakimiyyətin etiraz hərəkatını dəstəkləyən bəyanatlar verməsi üçün onlara təzyiq göstərsinlər. Onun sözlərinə görə, bu, hökumət dəyişikliyinə nail olmağa kömək edər.

Müxalifətçi deputat administrativ binalar, hökumət idarələri qarşısında oturaq aksiyaya çağırıb, həmçinin nümayişçilərin dinc davranmasını istəyib.

Pashinian etrazçıları aprelin 19-da tezdən Respublika meydanındakı hökumət binaları qarşısına yığışmağa, nazirlərin Sarkisian-ın ilk hökumət iclasına qatılmasını əngəlləməyə səsləyib.

Sarkisian-ın hakim Respublikaçı Partiyası Pashinian-ı dialoqa çağırıb, xəbərdarlıq edib ki, “hökumətin siyasi iradəsi və səbrindən sui-istifadəni davam etdirmək siyasi uzaqgörənlik deyil”.

Partiyanın sözçüsü, parlamentin spiker müavini Eduard Sharmazanov AzadlıqRadiosu-na deyib ki, “dialoq parlamentdə keçirilə bilər”.

HAKİMİYYƏTİN PROVOKASİYASI?

Birləşmiş Ştatlar hər iki tərəfi təmkinlilik göstərməyə, zorakılıqdan qaçmağa çağırıb, Rusiya isə deyib ki, qanunları pozmaq olmaz.

Ötən gecə bir qrup adamın Yerevanın mərkəzində işıqforları, reklam lövhələrini zədələdiyi, küçəyə atdığı xəbər verilir. Facebook-da yayılmış videoda polisin həmin şəxsləri dağıtmağa çalışdığı, onların polis maşınlarına metal əşyalar atdığı görünür.

Pashinian bəyanat yayaraq bu şəxslərin etirazçılardan olmadığını, onların hərəkətinin hakimiyyətin provokasiyası da ola biləcəyini deyib. O, etirazçıları həmin yerə getməməyə çağırıb.

Birləşmiş Ştatlar Yerevanın mərkəzində və Ermənistanın digər şəhərlərində gedən etirazları yaxından izləyir. Bunu Dövlət Departamenti bəyanatında deyib.

Həm hakimiyyəti, həm də etirazçıları təmkinli olmağa, qızışdırıcı, zorakı hərəkətlərdən çəkinməyə çağırırıq”, – ABŞ səfirliyinin aprelin 18-də Facebook səhifəsində yerləşdirdiyi bəyanatda deyilir.

***

Aprelin 18-də minlərlə adam paytaxtda yürüş edib, polis isə onlarla etirazçını saxlayıb.

Müxalifət lideri Nikol Pashinian-ın başçılığı ilə bir qrup Sarkisian-ın Bahgramian prospektindəki ofisinə doğru yürüyüb.

Polis isə yaxınlıqdakı Fransa Meydanına qüvvələr yerləşdirib, onlarla etirazçı saxlanıb, nəqliyyatın hərəkəti bərpa olunub.

Etirazçılar daha sonra Yerevan dövlət Universitetinin kampusuna daxil olub, Pashinian tələbələri dərsləri boykot etməyə, etirazlara qoşulmağa çağırıb.

Polis bəyanat yayaraq medianı etirazlardan “məsafə” saxlamağa çağırıb, polisin “ictimai asayiş pozuntularını önlədiyi” bildirilir.

Polisdən AzadlıqRadiosu-na bildiriblər ki, Yerevan vaxtıyla günorta 12-dək 66 etirazçı saxlanıb.

***

Ermənistanda müxalifət lideri Nikol Pashinian əsas hökumət binalarının gündəlik “blokada”da saxlanacağını deyir. Bir gün öncə Yerevanda onminlərlə nümayişçi keçmiş prezident Serzh Sarkisian-ın parlamentdə baş nazir seçilməsinə etiraza çıxıb.

Pashinian aprelin 17-də axşam şəhərin mərkəzindəki Respublika Meydanına yığışmış minlərlə etirazçıya deyib ki, “Ermənistanda qeyri-zorakı, məxməri, xalq inqilabı başlanıb”. O, tərəfdarlarından küçələrdə gecələməyi dayandırmağı xahiş edib, onları aprelin 18-də yenidən meydana səsləyib.

“SARKİSİAN-IN LEGİTİMLİYİ YOXDUR”

Nümayişçilər əllərində Ermənistanın bayraqlarını tutub, “Serzh-siz Ermənistan” şüarını səsləndiriblər. Pashinian yürüşdə deyib ki, Sarkisian-ın legitimliyi yoxdur, ermənilər nifrətini qazanıb”.

***Buna da bax: Etirazlara baxmayaraq Sarkisyan baş nazir oldu

Yerli media Gyumri və Vanadzorda da etirazların keçirildiyini yazır.

Parlament Sarkisian-ın baş nazir olmasına 76-17 səs çoxluğuyla səs verib. Cəmi səkkiz gün öncə o, prezident vəzifəsindən gedib, özünün seçdiyi varisi – Armen Sarkisian parlament tərəfindən yeddi illiyə həmin vəzifəyə seçilib.

Aprelin 17-də polisin Yerevanda azı 80 fəalı saxladığı bildirilir. Prezident Sarkisian iğtişaşlarla bağlı elə həmin gün xəbərdarlıqla çıxış edib.

Ermənistan Respublikasının hər bir vətəndaşının səsi ölkədən ötrü vacibdir. Ancaq öz qətiyyətlərinin azad ifadəsi prosesi zamanı zorakılıq, qanunsuz hərəkətlər, digər vətəndaşların hüquqlarının məhdudlaşdırılması çıxdaş olunmalıdır”, – bəyanatda deyilir.

BEYNƏLXALQ QURUMDAN POLİSƏ ÇAĞIRIŞ

Xəbərdarlığa baxmayaraq, yüzlərlə etirazçı aprelin 17-də Yerevanın mərkəzində küçələri bağlayıb, parlamentə gedən yolu bağlayan polislə toqquşmalar baş verib.

“Human Rights Watch” insan haqları təşkilatı Ermənistan hakimiyyətini nümayişçilərə qarşı gücdən istifadəyə çəkinməyə çağırıb. Qurum yada salır ki, son illər polis Yerevanda dinc yürüşləri dağıtmaqdan ötrü dəfələrlə zorakılığa əl atıb.

Polisin istənilən reaksiyası mütənasib olmalı, BMT standartlarına uyğun gəlməlidir. Ermənistan polisinin ənənəvi pis təcrübələrindən əl çəkməsi üçün heç vaxt gec deyil”, – qurumun bəyanatında deyilir.

***Buna da bax: Ermənistan parlamentində fişəngli aksiya

Rusiya prezidenti Vladimir Putin aprelin 17-də Sarkisian-a şəxsən zəng edərək onu təbrik edib. Kremlin mətbuat xidmətinin məlumatına görə, “Vladimir Putin Serzh Sarkisian-ı Ermənistan hökumətinin başçısı seçilməsi münasibətilə səmimi təbrik edib, ona bu yüksək vəzifədə uğurlar arzulayıb”.

2015-ci ilin dekabrında konstitusiyaya edilən dəyişikliklərlə prezidentin səlahiyyəti məhdudlaşdırılıb, baş nazirinkini gücləndirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG