Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:54

Ermənistan əhalisi sürətlə azalır


Ermənistan - Lori bölgəsində yaşlı insanlar. (İllüstrasiya)
Ermənistan - Lori bölgəsində yaşlı insanlar. (İllüstrasiya)

Ermənistan əhalisinin azalma tempi sürətlənir. Bu barədə Ermənistanın Statistika Xidməti məlumat yayıb.

2017-ci il oktyabrın 1-nə olan məlumata görə, Ermənistanın daimi əhalisnin sayı 2 979 600 nəfər təşkil edib.

Bu, ötənilki göstəricidən 14 300 nəfər azdır.

Bu, əvvəlki illər müşahidə olunan azalma tempindən xeyli yüksəkdir.

Məsələn, bu ilin 9 ayında əhali 6 900 nəfər azalıbsa, 2014-cü ilin analoji dövründə azalma 3200 nəfər olmuşdu.

Buna da bax: Ermənistan əhalisi 2035-ci ildə ən yaxşı halda 3,2 milyon olacaq

Maraqlıdır ki, bir müddət əvvəl ölkə prezidenti Serj Sarkisyan 2040-cı iləcən əhali sayının 4 milyon nəfərə çatdırılması hədəfini elan edib.

Bu yaxınlarda isə baş nazir Karen Karapetyan bildirib ki, ötən ilıə müqayisədə sosial rifahı yaxşılaşmış vətəndaşların sayı 4 faiz artıb.

Karen Karapetian
Karen Karapetian

"2035-ci ildə Ermənistan əhalisi ən pis halda 2,5-2,6 milyon, ən yaxşı halda isə 3,2 milyon olacaq."

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu jurnalistlərə BMT-nin əhali fondunun Ermənistandakı ofisinin nümayəndəsi Garik Hayrapetian deyib.

O qeyd edib ki, qurumun hesabatından bəlli olur ki, Ermənistan prezidenti Serj Sarkisianın 2040-cı il üçün ölkə əhalisinin sayı barədə verdiyi vəd real deyil.

“Teorik, əlbəttə hər şey baş verə bilər. Amma bu doğurdan da ambisiyalı bəyanatdır. Ona görə ki, biz hələ dünəndən bu istiqamətdə ciddi investisiyalara başlamalı idik. Allaha şükür ki, ən yaxşı dünya təcrübəsini bilirik. Məsələn son 20-25 ildə doğuş həddi artıb, bunun da əksəriyyəti Skandinaviya ölkələrinin payına düşür” - Hayrapetian deyib.

Mütəxəssis deyib ki, beynəlxalq təcrübə ölkə əhalisinin artımı üçün dəqiq mexanizm təklif edir və bu heç də alilələrə hansısa maliyyə yardımı ilə bağlı deyil.

O bildirib ki, ailə birinci və ya növbəti uşağın doğulması barədə qərar verməzdən əvvəl ilk növbədə özünü sosial və iqtisadi cəhətdən təminatlı hiss eləməlidir.

Hesabatda deyilir ki, ailələrdəki bərabərsizlik əhalinin sayına təsir göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG