Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:31

Ermənistan əhalisi 2035-ci ildə ən yaxşı halda 3,2 milyon olacaq


Garik Hayrapetian
Garik Hayrapetian

2035-ci ildə Ermənistan əhalisi ən pis halda 2,5-2,6 milyon, ən yaxşı halda isə 3,2 milyon olacaq.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu jurnalistlərə BMT-nin əhali fondunun Ermənistandakı ofisinin nümayəndəsi Garik Hayrapetian deyib.

O qeyd edib ki, qurumun hesabatından bəlli olur ki, Ermənistan prezidenti Serj Sarkisianın 2040-cı il üçün ölkə əhalisinin sayı barədə verdiyi vəd real deyil.

Qeyd edək ki, Sarkisian bu yaxınlarda deyib ki, 2040-cı ildə ölkə əhalisinin sayı 4 milyon nəfərə çatacaq.

Serzh Sarkisian
Serzh Sarkisian

Buna da bax: Ermənistanda 4 milyon erməni - 'çətin məsələdir'

“Teorik, əlbəttə hər şey baş verə bilər. Amma bu doğurdan da ambisiyalı bəyanatdır. Ona görə ki, biz hələ dünəndən bu istiqamətdə ciddi investisiyalara başlamalı idik. Allaha şükür ki, ən yaxşı dünya təcrübəsini bilirik. Məsələn son 20-25 ildə doğuş həddi artıb, bunun da əksəriyyəti Skandinaviya ölkələrinin payına düşür” - Hayrapetian deyib.

Mütəxəssis deyib ki, beynəlxalq təcrübə ölkə əhalisinin artımı üçün dəqiq mexanizm təklif edir və bu heç də alilələrə hansısa maliyyə yardımı ilə bağlı deyil.

O bildirib ki, ailə birinci və ya növbəti uşağın doğulması barədə qərar verməzdən əvvəl ilk növbədə özünü sosial və iqtisadi cəhətdən təminatlı hiss eləməlidir.

Hesabatda deyilir ki, ailələrdəki bərabərsizlik əhalinin sayına təsir göstərir.

Hesabata görə, dünyada qadın və kişilərin maaşı arasında qadınların zərərinə böyük fərq var.

Şərqi Avropa və Mərkəzi Asiya regionunda ən böyük gəlir bərabərsizliyi Türkiyədə müşahidə olunur.

Ermənistanın göstəricisi də narahatlıq doğurur.

Bir çox erməni kişi qadından yüksək təhsil tələb edir, amma gələcəkdə onun işləməsinə icazə vermir.

Mütəxəssis hesab edir ki, cəmiyyətin bütün üzvləri iqtisadiyyata cəlb olunmalıdır.

Hayrapetian deyib ki, hələ 2009-cu ildə apardıqları araşdırma göstərir ki, erməni kişilərin 7-9 faizi həyat yoldaşının işləməsinə icazə vermir, amma bugizli problem olduğundan, bu göstərici əslində daha böyükdür.

Hayrapetian bildirib ki, 2015-ci ildə apardıqları araşdırma göstərir ki, qadınların işləməyə buraxılmaması ölkənin ümumdaxili məhsuluna 60 milyon dollar yükdür və bu bizim üçün olduqca böyük rəqəmdir, bunu inkar edə bilmərik.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG