Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 21:48

Ermənistan və Qarabağda hərbi təlimlərə başlanıb


Dağlıq Qarabağ separatçılarının tankları

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verir ki, sentyabrın 24-dən Ermənistanda “şərti hərbi vəziyyət” elan edilib.

Həmin günün səhər saatlarında ölkədə “genişmiqyaslı, strateji” hərbi təlimlərin başlandığı xəbər verilir. Bu manevrlərdə dövlət idarələri və yerli hakimiyyət orqanları da iştirak edirlər.

Jurnalistlərlə görüşündə Ermənistan silahlı qüvvələri baş qərargahının mətbuat katibi Samvel Asatryan deyib ki, təlimlərdən məqsəd silahlı qüvvələrin hərbi əməliyyatlar şəraitinə hazırlığının yoxlanmasıdır.

Dövlət idarələri və yerli orqanlar isə səfərbərlik işinə nə dərəcədə hazır olduqlarını sınaqdan keçirirlər.

Xəbər verilir ki, oktyabrın 5-dək davam edəcək təlimlərdə döyüş silahlarından istifadə olunacaq və şərti hədəflər vurulacaq.

Asatryan daha sonra deyib:

“Ermənistan Respublikasının kişi cinsindən olan vətəndaşları artıq hərbi komissarlıqların qarşısında toplaşırlar və tez bir zamanda ordu sıralarına daxil olmaq istədiklərini bildirirlər. Bu müsbət bir haldır. Lakin eyni zamanda mən silahlı qüvvələr baş qərargah rəisinin çağırışını təkrar edərək adamları sakit olmağa çağırıram. Müvafiq müddətlər silahlı qüvvələrin planına uyğun müəyyənləşdirilib və hamı müəyyən olunmuş qaydada ordu sıralarına qoşulacaq”.

Azatutyun xəbər verir ki, Ermənistanla eyni vaxtda işğal altında olan Dağlıq Qarabağda da hərbi təlimlərə başlanıb.

Xəbərdə deyilir ki, “Dağlıq Qarabağ qüvvələri həyəcanla tam döyüş hazırlığı vəziyyətinə gətirilib”.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb.

Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Amma qoşunların təmas xəttindən tez-tez qara xəbərlər gəlir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırlar.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib.

ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

XS
SM
MD
LG