Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:17

Əsgərin nəşi neytral zonadan götürülüb


Azərbaycan əsgəri

Cəbhənin Füzuli rayonu istiqamətində vurulan Azərbaycan əsgəri Ramin Abdulrəhmanovun nəşi neytral zonadan götürülüb.

Bu barədə AzadlıqRadiosuna Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib: «Tərəflərin müraciəti və razılığı əsasında nümayəndəlik təmsilçiləri əsgərin nəşinin təmas xəttindən çıxarılması əməliyyatında iştirak edib».

Bu prosesin dünən, sentyabrın 23-də gerçəkləşdiyi açıqlanıb.

Cəbhədə Azərbaycan əsgəri həlak olub

Sentyabrın 22-də cəbhəboyu zonada Azərbaycan əsgəri Ramin Abdulrəhmanov həlak olub.

Bu barədə bugün, sentyabrın 23-də yerli saytlar məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Nazirlikdən verilən məlumata görə, əsgər yolu azaraq qarşı tərəfə keçib və üzbəüz mövqelər arasındakı ərazidə Ermənistan hərbiçilərinin açdığı atəşlə vurulub.

Mətbuat xidməti bildirir ki, əsgərin nəşinin ərazidən təhlükəsiz şəkildə təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub. «Ermənistanın kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır», - nazirlikdən bildirilib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Amma qoşunların təmas xəttindən tez-tez belə qara xəbərlər gəlir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırlar. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG