Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:16

Ermənistan Suriyaya minatəmizləyənlər göndərir


Ermənistan bildirir ki, Suriyaya minatəmziləyənlərdən və başqa ekspertlərdən ibarət yeni heyət göndərib.

Yerevan bu addımın Rusiyanın Suriyaya humanitar yardımı çərçivəsində atıldığını bildirir.

Ermənistanın Müdafiə Nazirliyi iyunun 5-də bildirib ki, heyət artıq Hələb şəhərindədir və burada minatəmziləmə, habelə tibbi yardım işi aparacaq.

Bu heyət Suriyada fevral ayından bəri olan 83 nəfərlik Ermənsitan heyətini əvəz edəcək.

Erməni minatəmziləyənlərdən biri mart ayında Hələb şəhərində minaya düşərək ayağını itirib.

Suriyada vətəndaş müharibəsindən əvvəl təkcə Hələb şəhərində 100 minədək etnik erməni yaşayırdı. Onların əksəriyyəti döyüş əməliyyatlarına görə buranı tərk edib. Minlərlə erməni Ermənistan Respublikasına gəlib.

Suriya hökumət qoşunları 2016-cı ildə ölkənin əksər əraziləri üzərində nəzarəti ələ alıb.

Rusiya 2011-ci ildən başlanan Suriya vətəndaş münaqişəsində prezident Bashar al-Assada həlledici dəstək verib.

XS
SM
MD
LG