Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:47

Erdoğanın ‘Zərrab problemi’


Reza Zarrab (Məhkəmə rəssamının çəkdiyi şəkil)
Reza Zarrab (Məhkəmə rəssamının çəkdiyi şəkil)

AzadlıqRadiosu yazır ki, Erdoğan Fethullah Gülenin Türkiyəyə ekstradisiyası məsələsindən başqa, həm də biznesmen Reza Zərrabın azadlığa buraxılması imkanlarının axtarışındadır.

Zərraba qarşı, İranın İslam İnqilab Keşikçiləri Korpusuna ABŞ sanksiyalarından yan keçməkdə vasitəçi olduğuna görə ittihamlar irəli sürülüb.

Ötən ay açıqlanmış məhkəmə sənədlərindən bəlli olub ki, Nyu Yorkun keçmişmeri Rudolph Giuliani başda olmaqla Zərrabın vəkilləri ötən fevral ayında Erdoğanla görüşərək biznesmenin “diplomatik xətlə” azad olunması imkanlarını müzakirə ediblər.

Giuliani-nin hüquq firması rəsmi olaraq Türkiyənin xarici agenti kimi qeydiyyatdan keçib. Trump-ın seçki kampaniyasında ona müşavirlik etmiş keçmiş prokuror Giuliani-nin adı FTB direktoru vəzifəsinə namizədlərin arasında hallandırılıb.

Rudy Giuliani
Rudy Giuliani

Onun həm Trump, həm də Türkiyə ilə bağları İran sanksiyaları işinin mühakiməsini aparan Manhattan hakimini belə bir sual verməyə vadar edib: Giuliani Erdoğana işləyir, yoxsa Zərraba?

Giuliani Zərrabın Erdoğanla keçmiş əlaqələrini nəzərə alaraq ondan Vaşinqton və Ankara arasındakı işin siyasi yolla həllində “sövdələşmə predmeti” kimi istifadənin mümkünlüyündən bəhs edib.

ABŞ prokurorları bildirirlər ki, 2013-cü ildə Erdoğan Zərraba qarşı yüksək səviyyədə rüşvət ittihamları ilə qaldırılmış cinayət işinə xitam verilməsi üçün Türkiyə prokurorlarına təzyiq göstərib.

O vaxtlar baş nazir olan Erdoğanın təzyiqləri Zərraba qarşı cinayət işini aparan prokurorların vəzifələrindən qovulması ilə nəticələnib.

ABŞ prokurorları bunu da bildirirlər ki, 2013-cü ildə qaldırılmış cinayət işi milyonlarla dollar rüşvətlə bağlı idi və Erdoğan hökumətinin bir sıra rəsmilərinin də bu işlə əlaqəsi olduğu söylənirdi.

ABŞ-dakı George Mason Universitetinin professoru və keçmiş Türkiyə prokuroru Ahmet S. Yayla bu həftə Modern Diplomacy məcmuəsində yazıb ki, “Erdoğan Zərrabın onun əleyhinə ifadə verəcəyini bildiyindən onu həbsxanadan çıxarmağın yollarını axtarır”.

Yayla yazır ki, böyük bir ehtimalla Erdoğan İncirlik bazasından istifadə lisenziyası müddətinin uzadılmasından öz tələblərinin yerinə yetirilməsi üçün Trump-ın üzərinə təzyiq vasitəsi kimi faydalanmaq istəyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG