Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:13

Almaniyadan Ərdoğanın hədəsinə cavab


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan(Raceb Tayyip Erdogan) bildirib ki, əgər Avropa Birliyi Ankaraya qarşı mövcud siyasətini davam etdirsə, Türkiyə Avropa Birliyi ilə sərhədlərini miqrantların üzünə aça bilər.

Prezident bunu Avropa Parlamentinin Türkiyə ilə üzvlük danışıqlarını dayandırmağa çağıran tövsiyə xarakterli qətnaməsinə münasibət bildirərkən deyib.

Ərdoğan həmçinin bundan əvvəl bildirib ki, Ankara Avropa Birliyinə qoşulmağa elə də çox səy göstərməməlidir və Şanxay Əməkdaşlıq Təşkilatı kimi digər imkanları da nəzərdən keçirə bilər.

Almaniya hökumətinin sözçüsü Ulrika Demmer deyib ki, hədələr işə fayda vermir, qaçqınlarla bağlı razılaşma hər iki tərəf üçün faydalıdır: həm Türkiyə, həm də Avropa Birliyi üçün.

Onun sözlərinə görə, mübahisəli məsələlər tərəflər arasında müzakirə yolu ilə həllini tapmalıdır.

Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Ömər Çeliksə Avropa Parlamentinin bu addımını əsas Avropa dəyərlərinin pozulması adlandırıb.

Sıravi İstanbul sakinlıri də Avropa parlamentinin bu qərarını elə də ciddi qarşılamır, əhəmiyyətli saymırlar.

Avropa Parlamenti noyabrın 24-də qəbul etdiyi qətnaməni onunla əsaslandırır ki, Türkiyə hakimiyyəti 15 iyul qiyam cəhdindən sonra, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib, müxalifət qüvvələri və jurnalistlər də daxil olmaqla kütləvi həbslər aparıb.

Bu müddət ərzində ölkədə 120 mindən çox hərbçi, hakim,siyasətçi, müəllim və digər dövlət qulluqçusu saxlanıb, həbs edilib və ya işdən kənarlaşdırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG