Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:05

Erdoğan Trump-a Suriyadakı kürd qüvvələrindən narahatlığını bildirib


ABŞ prezidenti Donald Trump (solda) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan (Foto arxivdəndir)
ABŞ prezidenti Donald Trump (solda) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan (Foto arxivdəndir)

Türkiyə prezidenti Recep Tayyip Erdoğan telefon söhbəti zamanı ABŞ prezidenti Donald Trump-a Suriyanın şimalında kürd döyüşçülərin hərəkətləri və mövcudluğu ilə bağlı narahatlıqlarını bildirib.

Reuters agentliyi Türkiyə rəsmilərinə istinadən bildirir ki, iki lider Suriyada daha səmərəli əməkdaşlığın mühümlüyü barədə razılığa gəliblər. Telefon söhbətinin detalları açıqlanmayıb.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Türkiyə yaxın günlərdə Suriyada, Fərat çayının şərqində yeni hərbi əməliyyata başlayacaq.

Reuters-in məlumatına görə, bunu Türkiyə prezidenti Recep Tayyip Erdogan dekabrın 12-də Ankarada bəyan etmişdi.

O qeyd etmişdi ki, bu əməliyyat ordakı ABŞ ordusuna qarşı yox, YPG kürd qruplaşmalarına qarşıdır.

Hürriyet qəzetinin yaydığı xəbərə görə Erdoğan dekabrın 14-də deyib ki, ABŞ oradakı kürd YPG qüvvələrini çıxarmasa Türkiyə silahlı qüvvələri Suriyanın Mənbic şəhərinə daxil olacaq.

Bundan əvvəl dekabrın 13-də Pentaqon konkret Türkiyənin adını çəkmədən Suriya münaqişəsi iştirakçılarını “birtərəfli” hərəkətlərdən çəkindərən xəbərdarlıq etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG