Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:28

Erdoğan necə bir seçki keçirmək istəyir?


Türkiyədə hakim AK partiya və millətçi müxalifət seçki ittifaqı yaratmaq barədə rəsmi razılaşma əldə ediblər.

Reuters agentliyi bildirir ki, belə bir alyans Recep Tayyip Erdoğana 2019-cu ilin prezident seçkisindıə elektoratın 50 faizinin dəstəyini təmin etməlidir.

Lakin Erdoğanın AKP partiyası yalnız buna arxayın olmamağı qərarlaşdırıb və buna görə də onun millətçi MHP partiyası ilə razılaşmasında bir sıra “seçki təhlükəsziliyi” tədbirlərinin həyata keçirilməsi niyyəti ifadə olunub.

Reuters yazır ki, heç şübhəsiz Türkiyənin dünyəvi ana müxalifəti sözü gedən tədbirləri potensial olaraq seçki fırıldağına hazırlıq kimi qəbul edəcək.

Bu ittifaq Erdoğanın ümidlərini yenə də parlamentdəki ən kiçik fraksiyaya malik partiyaya bağladığını göstərir. Ötən il MHP ölkədə geniş səlahiyyətləri olan prezidentlik institutunun bərqərar olunmasına dəstək verib. Prezidentlik üsul-idarəsinuin yaradılması barədə qanun 51, 4 faiz cüzi səs fərqi ilə keçib.

Türkiyə seçiciləri gələn il həm prezidenti, həm də parlamenti seçməlidirlər.

AKP rəsmisi elan edib ki, seçkilər zamanı yeni seçki təhlükəsizliyi tədbirləri həyata keçiriləcək. Bunlardan biri də üzərində Yüksək Seçki Komissiyasının (YSK) möhürü olmayan bülletenlərin də etibarlı sayılmasının rəsmiləşdirilməsidir.

Devlet Bahceli
Devlet Bahceli

2017-ci ildə Erdoğana hüdudsuz səlahiyyətlər verən referendumda YSK son anda möhürsüz bülletenlərin də etibarlı sayılması barədə ziddiyyətli qərar qəbul etmişdi.

Ölkənin əsas müxalifət partiyası olan CHP bu qərarın əleyhinə çıxış etsə də, heç nəyə müvəffəq ola bilməmişdi.

Bundan başqa YSK-yə seçki dairələrinin xəritəsinin və inzibati ərazilərin hüdudlarının dəyişdirilməsi icazəsinin verilməsi də nəzərədə tutulur. Bəzi təhlilçilər bunu ötən referendumda Erdoğanın məhz böyük şəhərlərdəki məğlubiyyəti ilə izah edirlər. İndi belə görünür ki, bu seçki dairələrinə əl gəzdirilə bilər.

Daha bir tədbir təhlükəsizlik qüvvələrinə seçki məntəqələrinə daxil olmaq icazəsi verəcək.

AKP və MHP-nin parlamentdə qanunların keçirilməsi üçün kifayət qədər mandatları olsa da, bu tədbirlərin heç biri müzakirə üçün parlamentə verilməyəcək.

Bu alyansdan MHP lideri Devlet Bahcelinin də alacaqları var. O ilk növbədə hər hansı partiyanın parlamentə daxil olması üçün baryerin 10 faizədək endirilməsini istəyir.

Hazırda Bahceli keçmiş daxili işlər naziri, millətçi Meral Akşenerlə rəqabətdədir. Xanım Akşener ötən il MHP-ni tərk etdikdən sonra özünün yeni siyasi partiyasını yaradıb.

Meral Akşenerin yeni partiyası Bahcelini parlamentdən kənarda qoya bilər
Meral Akşenerin yeni partiyası Bahcelini parlamentdən kənarda qoya bilər

Son rəy sorğusu göstərir ki, Akşenerin Iyi Partiyası (Yaxşı Partiya) MHP-ni kölgədə və arzu etdiyi 10 faizlik baryerdən aşağıda qoya bilər.

Akşener bildirib ki, o seçkidə parlamentə daxil ola bilməmiş kiçik partiyalarla alyansa girəcək.

MHP 1999-cu ilin seçkisində 18 faiz səs toplasa da, 2002-ci ilin seçkisində 9, 5 faiz səs toplayaraq baryeri aşa bilməmişdi. Lakin partiya 2015-ci ilin seçkisində 11, 9 faiz səs toplaya bilib.

Reuters yazır ki, Bahcelinin Erdoğanla müttəfiqliyi partiyanın ənənəvi millətçi üzvlərinin təşkilatdan uzaqlaşmasına səbəb olub.

MHP özünün millətçi və Qərbə inamsız siyasətləri ilə tanınır. Bu partiya ölkənin kürd əhalisinə muxtariyyət verilməsinin qəti əleyhinədir.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG