Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Erdoğan Almaniya, Fransa və Rusiya ilə sammit keçirəcəyini bildirir


Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, onun ölkəsi sentyabr ayında Fransa, Almaniya və Rusiyanın iştirakilə Suriyaya və başqa regional məsələlərə həsr ediləcək sammit keçirməyi planlaşdırır.

Türkiyə mediası iyulun 29-da yazıb ki, Erdoğanın sözlərinə görə bu sammit sentyabrın 7-də İstanbulda keçiriləcək.

Türkiyə lideri sammitin gündəliyindəki məsələlərin təfərrüatlarına varmayıb, lakin deyib ki, Ankara Moskva ilə dialoqu davam etdirəcək.

Sammit xəbərini hələlik nə Moskva, nə Paris, nə də Berlıin təsdiq ediblər.

Rusiya İranla birlikdə Suriya prezidenti Bashar al-Assad-a 7 illdir ki, davam edən müharibədə həlledici dəstək veriblər. Bu müharibədə yüz minlərlə suriyalı həlak olub və milyonlarla insan yurd-yuvasından didərgin düşüb.

Türkiyə, Fransa və Almaniya bu münaqişədə müxtəlif anti-Assad qüvvələrini dəstəkləyiblər.

Bu həftənin əvvəllərində Erdoğan və Putin BRICS ölkələrinin Cəbuni Afrikada keçirilən sammitində görüşüblər.

Rusiya və CAR-dan başqa BRICS qrupuna Braziliya, Hindistan və Çin daxildirlər.

Erdoğan bunu da bildirib ki, tezliklə Tehranda Putin və prezident Hassan Rohani ilə görüşəcək. Bu görüşün dəqiq vaxtı bildirilməyib.

Son belə bir sammit aprelin əvvəllərində Ankarada olmuşdu.

Bu danışıqların ardınca Türkiyə, Rusiya və İran bildirmişdilər ki, “Suriyada sakitliyin yaranması və davamlı atəşkəsin bərqərar olması üçün səylərini davam etdirəcəklər”.

Suriya münaqişəsində fərqli tərəfləri dəstəkləsələr də, Türkiyə, Rusiya və İran ötən ildən bəri Suriyada sülhün əldə olunması məqsədilə “Astana prosesinə” başlayıblar.

Bu çərçivədə danışqıların növbəti mərhələsi iyulun 30-31-də Rusiyanın Soçi şəhərində keçiriləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG