Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:15

Erdogan: S-400 raketlərinin yerləşdirilməsi 2020-ci ilin aprelinədək başa çatdırılacaq


Racep Tayyip Erdogan , Türkiyə prezidenti , 15 iyul, 2019
Racep Tayyip Erdogan , Türkiyə prezidenti , 15 iyul, 2019

Türkiyə prezidenti Racep Tayyip Erdogan deyir ki, Rusiyadan alınan S-400 raketlərinin ölkədə yerləşdirilməsi 2020-ci ilin aprelinədək başa çatdırılacaq.

Qeyd edək ki, Türkiyənin bu addımı, onun NATO-dakı müttəfiqləri, xüsusilə də ABŞ-la münasibətlərini gərginləşdirib.

ABŞ artıq buna görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

AzadlıqRadiosunun Reuters və digər Qərb agentliklərinə istinadla verdiyi məlumata görə, Erdogan 2016-cı il 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü münasibətilə çıxışında deyib ki, artıq Rusiyadan 8 təyyarə yük gətirilib və proses davam edir.

Rusiya Türkiyəyə S-400 raket kompleksi göndərir, 12 iyul, 2019
Rusiya Türkiyəyə S-400 raket kompleksi göndərir, 12 iyul, 2019

Erdogan 2 gün əvvəl deyib ki, ABŞ prezidenti Donald Trump-ın Türkiyəyə qarşı sanksiyalardan imtina etmək səlahiyyəti var və bu mübahisədə “qızıl ortanı” məhz Tramp tapa bilər.

ABŞ Dövlət katibi Mike Pompeo isə “Washington Post”-a müsahibəsində deyib ki, burda qanun sanksiyalar tətbiq edilməsini tələb edir və əmindir ki, prezident Donald Trump qanuna əməl edəcəyik.

“Bloomberg”-in məlumatına görə, ABŞ prezidentinin müşavirləri bu günlərdə Türkiyəyə qarşı 3 sanksiya paketinə baxıb.

Buna da bax: Avropa İttifaqının Türkiyəyə sanksiyalar qoyacağı gözlənilir

Rusiya ilə Türkiyə S-400 raketləri ilə bağlı müqaviləni 2017-ci ildə imzalayıblar. Sövdələşmənin dəyəri 2,5 milyard dollardır.

ABŞ buna görə Türkiyəyəartıq F-35 qırıcı təyyarələrinin satışını dayandırıb.

ABŞ və NATO bundan əvvəl dəfələrlə deyirlər ki, Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi F-35 təyyarələri barədə məxfi informasiyalar əldə edə bilər . Bundan başqa həmin kompleksləri NATO ordusuna uzlaşdırmaq mümkün deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG