Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Avropa İttifaqının Türkiyəyə sanksiyalar qoyacağı gözlənilir


Avropa İttifaqı və Türkiyənin bayraqları
Avropa İttifaqı və Türkiyənin bayraqları

Avropa İttifaqının rəsmiləri iyulun 15-də Türkiyə üzərinə siyasi və maliyyə sanksiyaları barədə razılığa gəliblər.

AFP yazır ki, buna səbəb Ankaranın dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Kipr sahillərində qazma işlərinə başlaması olub.

Avropa diplomatları bildiriblər ki, “Türkiyəyə dair nəticələr artıq qəbul olunub və qarşıdan gələn saatlarda ictimaiyyətə elan olunacaq”.

Agentlik bildirir ki, Türkiyəyə qarşı tədbirlərin təfərrüatlarının iyulun 16-da axşam saatlarınadək açıqlanacağı gözlənilir.

Bu da xəbər verilir ki, bunların arasında ən ciddi tədbir 2020-ci ildə Türkiyə üçün Avropa İttifaqı tərəfindən ayrılmış 164 milyon dolların kəsilməsi ola bilər.

Bir sıra Avropa mənbələri bildiriblər ki, Avropa İnvestisiya Bankına Türkiyəyə maliyyə yardımının şərtlərinə təkrar baxılmasına dair göstəriş verilib.

Bundan başqa Avropa İttifaqının təmasları tamamilə dayandırmadan Ankara ilə dialoqu məhdudlaşdıracağı gözlənilir.

Avropa diplomatlarından biri deyib ki, Türkiyəyə qarşı hədəfli sanksiyaların da müəyyən vaxtda qəbul olunacağı istisna edilmir”.

Avropa İttifaqı ötən ay Ankaraya Kiprin iqtisadi zonasına daxil su məkanında planlaşdırdığı qazma işlərinin “qanunsuz” olduğuna dair xəbərdarlıq etmişdi.

Avropa İttifaqının üzvü Kiprlə Türkiyə arasında mübahisə Aralıq dənizində nəhəng qaz yataqlarının aşkar olunması ilə başlanıb.

Ankara Avropa İttifaqının xəbərdarlıqlarına baxmayaraq Kipr sahillərinə iki qazma gəmisi göndərib.

Kipr Türkiyə 1974-cü ildə yunan hərbi xuntasına qarşı adaya hərbi müdaxilə etdikdən sonra ikiyə bölünüb. Hazırda adanın üçdə bir hissəsinə Türkiyə hərbiyyəsi nəzarət edir.

Adanın iki icması arasında danışıqlar 2017-ci ildə iflasa uğrayıb.

Adanın birləşdirilməsinə dair danışıqların dayanmasına baxmayaraq, Kipr qaz və neft yataqlarının inkişaf etdirilməsi üçün lisenziyalar verməyə başlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG