Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:43

Erdoğan və Putin Suriyada ‘daha sıx əməkdaşlıq’ edəcəklər


Erdoğan (sağda) və Putin sentyabrın 28-də Ankarada görüşüblər
Erdoğan (sağda) və Putin sentyabrın 28-də Ankarada görüşüblər

Türkiyə və Rusiya prezidentləri sentyabrın 28-də Ankarada keçirilən danışıqlardan sonra bəyan ediblər ki, onların ölkələri Suriya vətəndaş müharibəsinə son qoyulması üçün sıx əməkdaşlıq edəcək.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskva və Ankara 6 illik müharibəyə son qoyulması məqsədilə aralarındakı “koordinasiyanın dərinləşdirilməsi” istiqamətində işləyəcəklər. O əlavə edib ki, hazırda münaqişəyə son qoyulması üçün “zəruri şərait” var.

Putinlə birgə mətbuat konfransı keçirən Recep Tayyip Erdoğan deyib ki, “Türkiyə Suriya münaqişəsinin siyasi həllinin əldə edilməsi məqsədilə Rusiya ilə sıx əməkdaşlığı davam etdirəcək”.

Erdoğan deyib ki, o və Putin İdlib əyalətində “deeskalasiya zonasının” yaradılması üçün “daha intensiv səy göstərəcəklər”.

Putin onun dediklərini təsdiq edərək bildirib ki, dörd deeskalasiya zonasının yaradılmasına dair yekun sazişə əməl edilməsinə hazırlıq ifadə olunub.

Moskva və Ankara Suriya müharibəsində müxtəlif tərəfləri dəstəkləyirlər. Rusiya və İran Suriya prezidenti Assad-ın, Türkiyə və Birləşmiş Ştatlar isə Assad-ın hakimiyyətinə qarşı çıxış edən müxtəlif qiyamçı qrupların tərəfindədir.

Bununla yanaşı, Rusiya, Türkiyə və İran bundan əvvəl İdlib əyalətində deeskalasiya zonasının yaradılması barədə razılığa gəliblər. İdlibin şimal əraziləri müxalifətin nəzarətindədir.

İslam Dövləti adlandırılan təşkilatın döyüşçüləri Suriyanın əsksər bölgələrindən çıxarılıblar.

Putinin Ankaraya birgünlük səfərindən üç gün əvvəl Türkiyə və Rusiya prezidentləri telefon söhbətində İraqın Kürdüstan regionunda keçirilmiş ziddiyyətli müstəqillik referendumunu müzakirə etmişdilər.

Erdoğan Putinlə görüşdən sonra deyib ki, Ankara və Moskva İraq və Suriyanın ərazi bütövlüyünün saxlanmalı olduğunu qəbul ediblər.

Türkiyə prezidenti əlavə edib ki, sentyabrın 25-də İraqın Kürdüstan regionunda keçirilmiş müstəqillik referendumunun legitimliyi yoxdur və regional liderlər “daha böyük səhvlərdən” qorunmalıdırlar.

Kürdüstanın seçki rəsmiləri deyiblər ki, referendumda səs verənlərin 92 faizi bölgənin müstəqilliyini dəstəkləyib.

Erdoğanın sərt bəyanatlarına baxmayaraq Moskva hələlik referendumu konkret olaraq pisləməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG