Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Erdoğan və Putin Ankarada Suriya və İraqı müzakirə edəcəklər


Vladimir Putin (sağda) və Recep Tayyip Erdoğan ötən iyulda G20 sammiti zamanı görüşmüşdülər
Vladimir Putin (sağda) və Recep Tayyip Erdoğan ötən iyulda G20 sammiti zamanı görüşmüşdülər

Rusiya prezidenti Vladimir Putin və Recep Tayyip Erdoğan sentyabrın 28-də Ankarada görüşəcəklər. Türkiyə hökuməti onların danışıqlarında əsas mövzunun Suriya və İraq olacağı xəbər verir.

Putinin bir günlük işçi səfərindən üç gün əvvəl iki dövlət başçısı telefon söhbətində İraq Kürdüstanının ziddiyyətli müstəqillik referendumu məsələsini müzakirə etmişdilər.

https://www.tccb.gov.tr/en/speeches-statements/558/83674/rusya-federasyonu-devlet-baskani-vladimir-putinin-ulkemizi-ziyareti.html

Türkiyə sentyabrın 25-də İraqın Kürdüstan regionunda keçirilmiş referendumu pisləyib və regional hökumətin başçısı Məsud Bərzanini “xəyanətdə” ittiham edib.

Ankara Bağdadın və beynəlxalq birliyin də qarşı çıxdığı bu referendumu Türkiyənin milli təhlükəsizliyinə hədə sayır. Türkiyə narahatdır ki, İraq Kürdüstanının müstəqilliyi onun öz ərazisindəki kürd əhalini həyəcana gətirə bilər.

Ankara rəsmiləri bildiriblər ki, Erdoğan və Putin referendum məsələsini sentyabrın 25-də yer almış telefon söhbətində müzakirə ediblər və hər iki lider bu hadisənin İraq və Suriyanın ərazi bütövlüyünə təhlükə yaratdığını qəbul edib.

Kreml İraqın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, hələki kürd müstəqilliyi referendumunu konkret olaraq pisləməyib.

Kürdüstan regionunun hakimiyyət orqanları bildiriblər ki, referendumda səs verənlərin 92 faizi müstəqilliyi dəstəkləyib.

Moskva və Ankara Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər. Rusiya və İran Suriya prezidenti Bəşər al-Assad-ın rejimini dəsytəkləyir, Türkiyə və ABŞ isə Assad hökumətinə qarşı olan müxtəlif qiyamçı qruplaşmalara dəstək verirlər.

Lakin Rusiya, İran və Türkiyə bu ayın əvvəllərində Suriyanın İdlib əyalətində “deeskalasiya zonasının” yaradılmasına razılaşıblar. Suriyanın başqa yerlərindəki daha üç “deeskalasya zonası” artıq iyul ayından qüvvədədir.

Belə bir vəziyyətdə Suriya münaqişəsinin bütün tərəfləri İslam Dövləti (İD) adlanan təşkilata qarşı döyüşürlər. İslamçılar son vaxtlar nəzarət etdikləri ərazilərin əksər hissəsini itiriblər.

Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 27-də deyib ki, Putinin Türkiyəyə səfəri “sırf praqmatik məqsədlər” güdür. O əlavə edib ki, iki ölkə ticarət, investisiyalar, mədəniyyət, hərbi texniki sahədə sıx əməkdaşlıq edir.

Bu ayın əvvəllərində Türkiyə Rusiyadan S-400 antitəyyarə raket sisteminin alınmasına dair Moskva ilə saziş imzalayıb.

NATO üzvü olan Türkiyənin alyansın rəqibi Rusiyadan silah alması onun Qərb müttəfiqlərinin narahatlığına səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG