Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:50

Erdoğan və Makron Ukraynanı müzakirə ediblər


Fransa və Türkiyə prezidentləri Emmanuel Makron (solda) və Recep Tayyip Erdoğan (Arxiv fotosu)
Fransa və Türkiyə prezidentləri Emmanuel Makron (solda) və Recep Tayyip Erdoğan (Arxiv fotosu)

Ötən həftə Erdoğan demişdi ki, Makronun yenidən prezident seçilməsi Türkiyə-Fransa münasibətləri üçün yaxşı hadisədir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan fransalı həmkarı Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Reuters agentliyi Türkiyə prezidentinin ofisinə istinadən yazır ki, Erdoğan bu telefon danışığı zamanı Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

NATO üzvü olan Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə Qara dənizdə sərhədi var və Ankara həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.

İndiyədək Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşünü təşkil edə bilmiş Türkiyə, indi də prezidentlər Volodimir ZelenskiVladimir Putin arasında üzbəüz danışıqların keçirilməsinə çalışır.

Erdoğan mayın 5-də keçirilən telefon danışığı zamanı deyib ki, Türkiyə Ukraynadakı müharibəyə son qoyulması üçün əlindən gələni edir və danışıqlar prosesinin davam etdirilməsi son dərəcə mühümdür.

Reuters yazır ki, Ankaranın NATO üzvləri ABŞ və Fransa ilə münasibətləri son vaxtlarda birmənalı olmayıb.

Çəkişməyən bərkişməz

Türkiyə və Qərb arasında fikir ayrılıqlarının əsasən Ankarının Moskvadan S-400 raket sistemləri alması və Suriya, Liviya, Dağlıq Qarabağ və Aralıq dənizi siyasətləri ilə bağlı olduğu bildirlir.

Erdoğan və Makron arasında son illərdə bir neçə dəfə söz atışmaları da olub.

Makronun NATO-nun “beyin ölümü” keçirdiynə dair bəyanatından sonra Erdoğan Fransa prezidentini kəskin tənqid edib.

Makron dəfələrlə Türkiyənin Liviya və Suriya münaqişələrinə müdaxiləsini tənqid edib.

Lakin son aylarda Ankara ilə Paris arasında gərginliyin azaldığı və münasibətlərin istiləşdiyi hiss olunur.

Ötən ay NATO-nun sammitində Erdoğan və Makron Türkiyənin Fransa-İtaliya istehsalı olan SAMP-T müdafiə sistemləri alması məsələsini müzakirə ediblər.

Ötən həftə Erdoğan demişdi ki, Makronun yenidən prezident seçilməsi Türkiyə-Fransa münasibətləri üçün yaxşı hadisədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG