Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:23

Erdoğan Kərkükdəki ‘kürd bayrağını’ endirməyi tələb etdi


Kərkük şəhərində İraq və "Kürdüstan" bayraqları martın 28-də bələdiyyə binası qarşısında qaldırılıb
Kərkük şəhərində İraq və "Kürdüstan" bayraqları martın 28-də bələdiyyə binası qarşısında qaldırılıb

Türkiyə prezidenti Recep Tayyip Erdoğan İraq kürdlərini İraqın şimalındakı Kərkük şəhəri üzərində dalğalanan kürd bayrağını endirməyə çağırıb.

Reuters agentliyinin xəbərinə görə Türkiyə prezidenti xəbərdarlıq edib ki, bayrağın endirlməməsi “Ankaranın kürdlərə münasibətini korlaya bilər”.

İraqın mübahisəli ərazilərindən biri olan Kərkük şəhərində həm ərəb, həm kürd, həm də türkman əhalisi var.

Kürd peşmergə qüvvələri Kərkük üzərində nəzarəti, özünü İslam Dövləti adlandıran təşkilat İraqın üçdə birini qəsb edəndə yaranmış qarışıqlıqdan istifadə etməklə ələ alıb. Həmin vaxt İraq hökumət qüvvələri buradakı cəbhə xəttini qoyub qaçmışdı.

Erdoğan deyib ki, "biz “Kərkük kürdlərindir” iddiası ilə qətiyyən razı deyilik”.

Türkiyə prezidenti izah edib ki, “Kərkük bu şəhərdə yaşayan türkmanların, ərəblərin və kürdlərindir”.

Erdoğan xəbərdarlıq edib ki, bu iddiadan əl çəkməsələr, kürdlər bunun ağır bədəlini ödəməli olacaqlar.

“Siz Türkiyə ilə dialoqa ziyan vurmuş olacaqsınız - deyib Erdoğan, - O bayrağı dərhal endirin”.

Türkiyə prezidenti bu bəyənatı 16 aprel referendumunun təbliğat kampaniyası çərçivəsində Qara dəniz sahilindəki Zonquldakda keçirilən mitinqdə verib.

Kürd millətçilər artıq xeyli müddətdir ki, Kərkükə və onun böyük neft ehtiyatlarına iddialıdırlar.

Onlar iddia edirlər ki, İraqın şimalındakı kürd yarımmuxtar regionundan kənarda yerləşən bu şəhər kürdlərin “tarixi paytaxtıdır”.

Lakin yerli kürddilli Rudaw TV telekanalı Kərkük qubernatoruna istinadən bildirib ki, “Kürdüstanın bayrağı” İraq milli bayrağı ilə yanaşı dalğalanmaqda davam edəcək, çünki şəhər kürd müdafiə qüvvələrinin nəzarətindədir.

Türkiyə uzun müddətdən bəridir ki, özünü İraq türkman azlığının müdafiəçisi hesab edir.

Yerli media bildirir ki, Kərkük türkman icmaları “kürd bayrağının” bu şəhər üzərində dalğalandırılmasını konstitusiyaya zidd hərəkət kimi pisləyirlər.

Digər tərəfdən Türkiyə narahatdır ki, kürd qruplaşmaların İraq və Suriyada nəzarətə götürdükləri torpaqlarda müstəqil kürd dövləti yaradıla bilər.

Ankaranın mövqeyinə görə belə bir hal Türkiyənin separatçı kürd PKK təşkilatının ambisiyalarını daha da yüksəldə bilərdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG