Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Türkiyədə inflyasiyanın səviyyəsini açıqlayan Statistika İnstitutunun rəhbəri işdən çıxarılıb


Türkiyə
Türkiyə

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Dövlət Statistika İnstitutunun rəhbəri Sait Erdal Dinçeri vəzifəsindən azad edib.

Erdoğanın bu fərmanı ölkədə son 19 ildə ən yüksək inflyasiya səviyyəsinin açıqlanmasından həftələr sonra, yanvarın 29-da çıxıb.

Dinçerin yerinə bank tənzimləyicisinin sədr müavini vəzifəsində çalışan Erhan Çetinkaya instituta rəhbər təyin edilib. Erdoğan kadr qərarını açıqlamayıb.

Yanvarın 3-də açıqlanan məlumatlardan sonra Dinçer həm hökumət, həm də müxalifət tərəfindən tənqid atəşinə tutulub.

Müxalifət yaşayış minimumunun real artımının ən azı iki dəfə yüksək olduğunu iddia edib.

Türkiyə mediasının yazdığına görə, Erdoğan dərc edilən məlumatlardan qəzəblənib. Onun fikrincə, bu açıqlamada Türkiyədəki iqtisadi böhranın miqyası şişirdilib.

Erdoğanın Mərkəzi Bankın fəaliyyətinə müdaxiləsi inflyasiyanı daha da artırır. Bir çox ölkədə mərkəzi banklar faiz dərəcələrini artırmaq və pul siyasətini sərtləşdirməklə inflyasiya ilə mübarizə aparır. Erdoğan da hesab edir ki, inflyasiyaya yüksək faiz dərəcələri səbəb olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG