Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:26

Erdoğan ABŞ generalına “öz yerini bil” dedi


Türkiyə prezidenti ABŞ ordusunun ən yüksək rütbəli zabiti – general Joseph Votel-i “qəsdçilərin tərəfində olmaqda” ittiham edib

Prezident Recep Tayyip Erdoğan Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca ABŞ ordusunun ən yüksək rütbəli zabiti – general Joseph Votel-in şərhinə kəskin reaksiya verərək hərbçini “qəsdçilərin tərəfində olmaqda” ittiham edib.

ABŞ Birləşmiş Komandanlığının başçısı general Votel bəyan etmişdi ki, Türkiyədə çox sayda hərbi liderin həbsxanaya atılması Vaşinqtonla Ankara arasında əməkdaşlığa xələl gətirə bilər.

Sən kimsən ki? Öz yerini bil! Sən çevriliş cəhdini dəf etmiş dövlətə təşəkkür etmək əvəzinə çevriliş qəsdçilərinin tərəfini saxlayırsan

Erdoğan buna cavab olaraq deyib ki, general Votel demokratiyanı qoruyub saxladığı üçün Ankaraya təşəkkür etməlidir.

General Votel iyulun 28-də demişdi: “Bizim əlbəttə ki, bir çox türk liderlərlə, ələxüsus da hərbi liderlərlə münasibətlərimiz var. Mən baş verənlərin bu münasibətlərin davam etdirilməsinə təsirindən narahatam”.

Prezident Erdoğan iyulun 29-da səsləndirdiyi bəyanatda generala sərt cavab verib: “Belə bir qərar qəbul etmək sənin işin deyil. Sən kimsən ki? Öz yerini bil! Sən çevriliş cəhdini dəf etmiş dövlətə təşəkkür etmək əvəzinə çevriliş qəsdçilərinin tərəfini saxlayırsan”.

General da Erdoğanın cavabını verib

“Onlar deyirlər ki, biz Türkiyənin gələcəyindən narahatıq. Bu bəylərin narahatlığı nədəndir? Saxlananların və həbs edilənlərin sayının artmasından? Əgər təqsirləri varsa, bu say artacaq” – deyib Erdoğan.

“Mənim xalqım bu qəsdin arxasında kimlərin durduğunu bilir. Xalq bunun arxasındakı əsas fiqurun kim olduğunu bilir və bu bəyanatlarla siz özünüzü ifşa edirsiniz” – deyib Türkiyə prtezidenti.

General Joseph Votel
General Joseph Votel

İyulun 29-da Erdoğanın bu bəyanatlarına cavab verən general Votel deyib ki, onun bu çevriliş cəhdi ilə hər hansı əlaqəsinə dair məlumatlar “təəssüf doğurur və yanlışdır”.

O əlavə edib kİ, Türkiyə çox illər ərzində “fövqəladə və həyati partnyor” olub və özünü İslam Dövləti adlandıran qrupla döyüşdə bu partnyorluğun davam edəcəyinə ümid bəsləyir.

Bundan əvvəl ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru James Clapper demişdi ki, Türkiyənin hərbçiləri təqib etməsi İD-ə qarşı Türkiyə-Amerika hərbi əməkdaşlığını pozur.

Repressiyanın miqyası

Ötən cümə axşamı Türkiyə ordusunun komandanlığında yerdəyişmələr elan edilib.

1700 hərbçi alçaldıcı bir tərzdə tərxis edilib.

Çevriliş cəhdindən bu yana Türkiyə generalitetinin 40 faizi vəzifəsini itirib.

Daxili İşlər Nazirliyinin iyulun 29-a olan məlumatına görə Türkiyədə çevriliş cəhdinin ardınca 18 min nəfər həbs edilib.

Bununla yanaşı, 66 min dövlət qulluqçusu işdən çıxarılıb, 50 min xarici pasport ləğv edilib.

Ayrı-ayrı nazirliklər öz işçiləri arasında “xain araşdırmasına” başlayıb. Məsələn, Əmək Nazirliyi hazırda 1300 əməkdaşının şəxsi işlərini “öyrənir”.

142 media qurumu bağlanıb, yüzədək jurnalistin həbsinə order verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG