Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Türkiyə Vaşinqtonda baş vermiş dava-dalaşa görə ABŞ-a etiraz bildirir


Erdoğan Vaşiqntondakı Türkiyə səfirliyinin qarşısında baş vermiş toqquşmaya baxır
Erdoğan Vaşiqntondakı Türkiyə səfirliyinin qarşısında baş vermiş toqquşmaya baxır

Mayın 22-də Birləşmiş Ştatların səfiri Ankaranın təbirincə deyilsə, ABŞ hakimiyyət orqanlarının ötən həftə prezident Erdoğanın Vaşinqtona səfəri zamanı onun cangüdənlərinə qarşı “aqressiv və qeyri-peşəkar hərəkətlərinə görə” Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib.

AzadlıqRadiosu yazır ki, Türkiyənin ABŞ səfiri John Bass-ı nazirliyə dəvət etmək qərarı, belə görünür, ABŞ-da Erdoğan cangüdənlərinə qarşı sərt ölçü götürlməsinə çağırışlara cavab olaraq qəbul edilib.

Hadisə yerində çəkilmiş videolarda Erdoğan cangüdənlərinin Türkiyə səfirliyi qarşısında etirazçılara hücum etdiyi, onları yumruqladığı və təpiklədiyi görünür.

Aralarında ermənilər və kürdlər də olan etirazçılar mayın 16-da Erdoğanın səfəri ilə əlaqədar Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında nümayiş keçirirdlər.

Toqquşma zamanı 9 nəfər xəsarət alıb.

Hadisənin ardınca iki türk cangüdən qısa müddət ərzində saxlansa da, sonradan azad edilib və Türkiyəyə qayıdıb.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ABŞ hakimiyyət orqanları “diplomatik qaydalara və təlimatlara zidd hərəkət edib” və buna görə də bu məsələyə dair hərtərəfli araşdırma aparılmalıdır.

Nazirlik səfir Bass-a bildirib ki, Erdoğanın səfəri zamanı ABŞ hakimiyyət orqanları “təhlükəsizlik qüsurlarına” yol verib.

Bass-ın Türkiyə nazirliyinə dəvət olunmasını təsdiq edən Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib ki, əslində ABŞ “həmin hadisə barədə narazılığını ən yüksək səviyyədə” Türkiyəyə çatdırıb.

Türkiyənin Vaşinqtondakı səfiri Dövlət Departamentinə dəvət edilib və ABŞ-da Amerika torpağında zorakılıq törətmiş Türkiyə cangüdənlərinə qarşı sərt ölçü götürülməsinə getdikcə artmaqda olan çağırışlar edilir.

Senatorlar John McCain və Dianne Feinstein-in Erdoğana yazdıqları məktubda Türkiyə prezidentinin mühafizə dəstəsi “dinc etirazçılara” hücum etməkdə və Birləşmiş Ştatlarda ifadə azadlığını “kobud şəkildə pozmaqda” ittiham edilir.

Vaşinqton polisi hadisəni “nümayişçilər üzərinə kobud basqın” adlandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG