Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:37

'Erdoğana heç çay da vermərəm' deyən çayçıya 'iş' verilə bilər


Şenol Buran

Türkiyədə Cumhuriyet qəzetinin redaksiyasındakı çayxananın müdiri “Erdoğana heç çay da vermərəm” dediyinə görə saxlanıb.

Şenol Burana qarşı prezidentin şərəf və ləyaqətini təhqir ittihamı irəli sürülüb.

Həbs edilənin vəkili bildirib ki, əslində kiməsə çay verməyəcəyini bildirmək təhqir sayıla bilməz.

Türkiyədə 15 iyul çevriliş cəhdindən bu yana davam edən repressiyalar Cumhuriyet qəzetindən də yan ötüşməyib.

Onun əməkdaşları işdən qovulan və ya həbs edilən on minlərlə “şübhəlinin” arasındadır.

Lakin Cumhuriyet həm də Erdoğana qarşı səsini ucaltmağa özündə cəsarət tapan azsaylı media orqanlarındandır.

Erdogana cay verməyəcəyini deyən çayçı həbs edildi
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

"Yaxşı" qurtarıb

Cənab Buranın həbs olunması isə komediya filmlərində olduğu kimi baş verib.

O dekabrın 24-də maşını ilə işə gedirmiş, görüb ki, yol bağlıdır. Ona bildirilib ki, prezident haradasa çıxış edir və yolları buna görə bağlayıblar. Cənab Buran onu həbsxanaya aparan həmin kəlamı burda dilinə gətirib.

Polislərə “mən o adama heç çay da vermərəm” deyib.

Burdan onu birbaşa məhkəməyə aparıblar. Türkiyə Cinayət Məcəlləsinə görə prezidentin təhqir olunması 4 illik həbsxana cəzası ilə nəticələnə bilər.

Media yazır ki, çayxana müdiri Cumhuriyyətin həbsxanada olan 10 işçisi ilə müqayisədə “yaxşı” qurtarıb. Onlara qarşı kürd separatçılarına və terrora dəstək ittihamı irəli sürülüb.

Qəzetin keçmiş baş redaktoru Can Dündar Almaniyaya qaçıb.

XS
SM
MD
LG