Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:51

Almaniya Erdoganın da soydaşları qarşısında çıxışına icazə vermədi


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Almaniya hökuməti Türkiyə prezidenti Racep Tayyip Erdoganın Hamburqda Türkiyə diasporası qarşısında çıxışına icazə vermədi.

Reutersin məlumatına görə, bunu iyunun 29-da jurnalistlərə Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib.

Erdoganın çıxışı "Böyük yeddilər” ölkələrinin sammiti çərçivəsində olmalı idi.

Almaniya hökuməti Gabrielin bəyanatının kansler Angela Merkellə razılaşdırıldığını bildirir.

Xarici işlər naziri deyib ki, Berlinlə Ankara arasındakı fikir ayrılıqları fonunda Türkiyə prezidentinin soydaşları qarşısında çıxışı “yersizdir”.

O qeyd edib ki, Almaniya hökuməti bu ölkədə yaşayan türkiyə vətəndaşları ilə ikili vətəndaşlığı olanlar arasında narazılıq yaranmasını istəmir.

Erdoganın soydaşları qarşısında çıxış etmək istəməsi bu ərəfədə bəlli olub.

Almaniyanın xarici işlər nazirliyi bununla bağlı Ankaradan rəsmi sorğu aldığını bildirir.

Qeyd edək ki, Almaniya hökuməti bundan əvvəl də türkiyəli nazirlərin konstitusiya islahatları ilə bağlı Almaniyadakı soydaşları qarşısında təşviqat xarakterli çıxışlarına icazə verməyib.

Həmçinin Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu-nun belə bir tədbir keçirməsinə izin vermədi.

Niderland hakimiyyəti həmin vaxt bildirmişdi ki, bu ictimai asaişin pozulmasına səbəb ola bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG